Kreml hər hansı səfərbərliklə bağlı müzakirə aparmır.

İqtisadiyyat.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, bununla bağlı heç bir müzakirə mövcud deyil. Çağırış vərəqələri sadəcə məlumat bazasını yeniləmık üçün daim aparılan prosesdir.

Qeyd edək ki, bir müddət öncə Lipetsk vilayətinin rəhbərliyi bəzi sakinlərin hərbi komissarlıqlardan çağırış vərəqələri almaları haqqında məlumat yaymışdı.