Starex.az Korporativ Satış Meneceri vəzifəsinə işçi axtarır.

Əmək haqqı: 1000 – 1500 Azn

İş qrafiki : Həftədə 5 gün

Nahar şirkət tərəfindən təmin olunur

Namizədə Tələblər:

- Korporativ satış üzrə minimum 2 il iş təcrübəsinə malik olmaq;
- Nəqliyyat (beynəlxalq daşımalar) sektorunda təcrübə üstünlükdür
- Təqdimat, ünsiyyət bacarığının olması;
- Dinamiklik, analitik düşünmə və problem həll etmə qabiliyyəti;
- Yaradıcı və yenilikçi düşünmək bacarığı;
- İşində məsuliyyətli olmalı;
- İngilis dilini bilmək;
- İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək

Vəzifə Öhdəlikləri

- Korporativ satış planının hazırlanması və planın əsasında işin aparılması
- Şirkətin beynəlxalq yükdaşımalar (quru yol, dəmiryol, su, hava yolu ilə) üzrə xidmətlərini müştərilərə təqdim etmək
- Yeni müştərilərin qazanılması, şirkətin müştəri portfelinin artırılması
- Müştərilərlə münasibətlərin davamlı olaraq yaxşılaşdırılması üzrə tədbirlər
- CRM proqramı əsasında müştərilərlə işin təqib olunması
- Şirkətin yenilikləri barədə müştərilərin davamlı olaraq məlumatlandırılması

Qeyd : Müvafiq sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla «Korporativ Satış Meneceri» hr@starex.az elektron ünvanına göndərmələri xahiş olunur.