İqtisadiyyat.az xəbər verir ki, "Kapital Bank" namizədləri Biznes həlləri şöbəsinin kiçik mütəxəssis/ mütəxəssis/ aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Korporativ müştərilərdən daxil olan müraciət və şikayətlər araşdırmaq və sorğuların cavablandırılması üçün müvafiq tədbirlər görmək;
• Qaydaların icra olunmasına nəzarət etmək;
• Sorğuların nəticələrinin təhlili, xidmət keyfiyyəti ilə müştəri məmnuniyyəti səviyyəsində hesabatların hazırlanması;

• Zəruri analitik və statistik hesabatlar hazırlanması (gündəlik, həftəlik, aylıq, rüblük);
• Texniki tapşırıqların hazırlanması;
• Layihə prosedurların hazırlanması və idarə edilməsi;

Tələblər

• Maliyyə, İqtisad sahəsində ali təhsil;
• MS Excel proqramının yüksək səviyyədə biliyi və bank əməliyyat sistemləri ilə iş bacarığı mütləqdir;
• Bank sektorunda təcrübə;

• Yüksək analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı;
• Azərbaycan və Rus dillərini mükəmməl biliyi, ingilis dilli arzuolunandır;
• Ezamiyyətlərə hazır olmalı;
• Vahid komandada işləmək qabiliyyəti;
• Dəqiqlik və operativlik.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində "Biznes həlləri şöbəsinin kiçik mütəxəssis/ mütəxəssis/ aparıcı mütəxəssisi" qeyd etməklə CV-nizi recruitment@kapitalbank.az ünvanına göndərin.