İtaliyanın Baş Naziri Cüzeppe Konte ölkədə ən önəmli məhsul istehsal etməyən bütün istehsal müəssisələrinin bağlanacağını elan edib.

Redaktor.az “TASS”-a istinadən xəbər verir ki, o bunu “Facebook”da canlı yayımda xalqa müraciətində bildirib. “Yalnız mühüm məhsullara üstünlük verərək, bütün İtaliyada istehsal fəaliyyətlərini bağlamağa qərar verdik”, - Konte belə deyib.“Sanitariya vəziyyətində fövqəladə vəziyyət iqtisadi bir fövqəladə vəziyyətə çevrilir, ancaq biz bunun öhdəsindən gələ bilərik”, - deyə baş nazir əlavə edib. Bununla yanaşı, o, ərzaq mağazalarının və apteklərin işinə heç bir məhdudiyyətin tətbiq edilmədiyini vurğulayıb.