“Türkiyədə betonların 26%-i standartlara uyğun deyil, İstanbulda isə bu rəqəm 40%-dir”.

İqtisadiyyat.az “Hürriyet”ə istinadən bildirir ki, bunu “Tikinti və Təməl Qiymətləndirmə Laboratoriyaları Birliyi”nin sədri Yavuz Poyraz deyib. O qeyd edib ki, beton maşınlarından götürdükləri nümunələri araşdırdıqdan sonra bu nəticəyə gəliblər:

“Təməl Qiymətləndirmə qanunundan əvvəl Türkiyədə yararsız beton faizi 40% idi. İndi ölkə üzrə 26%-ə düşüb. Lakin İstanbulda bu rəqəm indi də 40-dır. Çünki İstanbulda vəziyyət fərqlidir. Səbəb odur ki, İstanbul böyük şəhərdir və burada 50-60 şirkət var. Bunları bir-bir yoxlamaq çətindir. Lakin kiçik şəhərlərdə 1-2 şirkət olur".

Həmçinin o bildirib ki, tikinti zamanı beton maşınlarından beton “vibrasiya” üsulu ilə boşaldılmalıdır. Lakin iş sürətli getsin deyə, sulama üsulu ilə boşaldırlar. Bu da əslində qadağandır.