İranda bir saat ərzində 50 nəfər koronavirusa yoluxur.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur “Twitter” hesabında paylaşıb: “İranda hər 10 dəqiqədə bir nəfər koronavirusdan ölür. Bir saatda təxminən 50 insan koronavirusa yoluxur”.

Xatırladaq ki, İranda koronavirus fevralın 19-da Qum şəhərində aşkar edilib və oradan bütün ölkə ərazisinə yayılıb.