İtaliyada koronavirus sürətlə yayılmağa davam edir.

İqtisadiyyat.az xəbər verir ki, son 24 saat ərzində 5986 yeni yoluxma halı qeydə alınıb. Ümumilikdə yoluxanların sayı 47021 nəfərdir. 

Bu gün koronavirus 627 nəfərin həyatına son qoyub ki, bununla ölənlərin sayı 4032 nəfərə çatıb. 

İtaliyada hazırda 37 mindən çox aktiv koronavirus xəstəsi var. Dəhşətli virusdan sağalanların sayı isə 5129 nəfərdir.