İyunun sonunda Rusiyadan həftəlik neft ixracı may ayından bəri ən yüksək səviyyəyə çatıb.

Bu barədə İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir.

Dəniz daşımalarının artmasına səbəb kimi iri ixrac terminallarında texniki xidmətin bitməsi göstərilir.

Məlumata görə, həftə ərzində 34 tanker 25,66 milyon barel Rusiya nefti yükləyib ki, bu da 4,37 milyon barel çoxdur.

Bildirilib ki, bu il xam neft tədarükü 2023-cü ilin orta göstəricisindən gündə təxminən 20 min barel çoxdur. Analitiklərin fikrincə, Rusiya limanları gündə təxminən 3,67 milyon barel neft tədarük edir.

 

Gözəl Həşimova