“BakuBus” MMC tərəfindən Çinin “BYD Company Limited” (BYD) şirkətindən 160 ədəd elektrik mühərrikli avtobus və 100 ədəd enerjidoldurma aparatı alınacaq.

Bu barədə İqtisadiyyat.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Avtobusların 31 oktyabr 2024-cü il tarixinədək mərhələli şəkildə gətirilərək Bakı şəhərində marşrut xəttinə çıxarılması planlaşdırılır.