Avrozonada illik inflyasiya ötən ay 2,6%-dən 2,5%-ə enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) Avrozonanın iyun ayı üzrə aparıcı inflyasiya məlumatlarını dərc edib.

Hesabat dövründə bölgədə aylıq inflyasiya 0,2% artıb.

İnflyasiyanın əsas komponentlərinə nəzər saldıqda, ən yüksək illik qiymət artımı 4,1% ilə xidmət sektorunda müşahidə olunub.

Hesabat dövründə inflyasiya Belçikada 5,5%, İspaniyada 3,5%, Xorvatiya və Hollandiyada 3,4%, Avstriyada 3,2%, Almaniya və Fransada 2,5% təşkil edib.

 

Gözəl Həşimova