Gürcüstanda ərzaq mağazaları və apteklərdən başqa bütün ticarət obyektlərinin bağlanması qərara alınıb.

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Georgi Qaxariya xüsusi brifinqdə bildirib. Onun sözlərinə görə, bank və poçt şəbəkəsi, yanacaq doldurma məntəqələri adi qaydada fəaliyyət göstərəcək. G.Qaxariya deyib ki, hazırkı mərhələdə ölkədə fövqəladə vəziyyət elan etməyə ehtiyac yoxdur.(Report)