Neft bu həftəyə bahalaşma ilə başlayıb.

Bakı vaxtı ilə saat 21:45-də Brent nefti 1,8% bahalaşma ilə 74,88 dollardan ticarət olunub.

Koronavirusa qarşı peyvəndləmənin genişlənməsilə iqtisadi inkişafı sürətlənir. İqtisadi artım ilə əlaqədar olaraq neftə tələbin yüksəlməsi, yay ayları ilə əlaqədar olaraq avtomobilin idarə etilməsinin artması, ABŞ-da bazalarda neft ehtiyatlarının azalması neftin bahalaşmasına səbəb olur.

Bir sıra qlobal banklar Brent neftin qiymətinin 80-100 dollaradək yüksələcəyini proqnozlaşdırırlar.