2022-ci ilin 9 ayı ərzində Energetika Nazirliyinə və tabeliyində olan qurumlara 4986  vətəndaş müraciəti daxil olub.

İqtisadiyyat.az xəbər verir ki, Bu barədə Energetika Nazirliyi məlumat yayımlayıb. 

Məlumata görə bu müraciətlərdən 4223-ü müvafiq qaydada icra olunub, 332-si icradadır. 431 müraciət isə məlumat xarakterlidir.

Müraciətlər əsasən elektrik enerjisi və qaz təchizatı, elektrik avadanlıqlarının vəziyyəti, borc və cərimələr, sayğaclaşma, bərpa olunan enerji, təşəkkür və digər mövzularla bağlı olub.

Hesabat dövründə Nazirlik və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 166 vətəndaş qəbul edilib və müraciətlərdə qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Bu dövrdə nazirliyin sosial şəbəkə hesabları vasitəsilə 76 müraciət daxil olub ki, bunlar aidiyyəti üzrə yönləndirilib, sorğu tipli müraciətlər isə birbaşa və ya müvafiq struktur bölmələrin rəyləri əsasında cavablandırılıb.