ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) qlobal neft ehtiyatlarının azalmasını əsas gətirərək, bu il üçün neftin qiyməti ilə bağlı proqnozunu yüksəldib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun aylıq hesabatında deyilir.

Məlumata görə, OPEC-ə daxil olmayan bəzi istehsalçı ölkələr qısa müddətdə qlobal neft tədarükünün sərtləşməsinə səbəb olacaq.

Agentlik bu il "Brent" markalı neftin bir barelinin qiymətinin 87 dollar olacağını proqnozlaşdırır. Əvvəlki proqnoz isə 82,42 dollar olub.

Bundan əlavə, WTI markalı neftin bir barelinin qiymətinin 82,15 dollar civarında olacağı gözlənilir. Sözügedən rəqəmin keçən ay 77,68 dollar olacağı proqnozlaşdırılıb.

Gələn il üçün EIA "Brent" markalı neftin qiyməti ilə bağlı proqnozunu dəyişməyərək 84,8 dollar, WTI markalı xam neft üçün isə 80,3 dollar səviyyəsində saxlayıb.

 

Gözəl Həşimova