Heç də bütün insanlar hər hansı ölkəyə istirahətə gedərkən orada səyahət etmənin nə dərəcədə təhlükəli olduğunun fərqinə varmır.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, həyatınız üçün risklə ziyarət edəcəyiniz yerlərin TOP-10-luğu belədir:

10. Ölüm dərəsi. Qaydalara əsasən turistlər özləri ilə kifayət edəcək dərəcədə içməli su götürməli və yalnız asfaltlanmış yollarla hərəkət etməlidirlər.

9. Yelloustoun Milli Parkı. Hökümət burada istənilən anda ayı ilə qarşılaşa biləcəyiniz haqda xəbərdarlıq edir.

8. Çili. Fəaliyyətdə olan Vilyarikka vulkanını ziyarət edərkən yaxşıca düşünüb daşınmaq lazımdır. 2017-ci ildə turistlər vulkan puskürməsinin şahidi olublar.

7. Florida. Smirna Biç çimərliyi istirahət üçün uğurlu seçim olamaya bilər. Ötən ildə köpək balıqları 16 dəfə istirahət edənlərə hücum çəkiblər.

6. İsveçrə. Bu sakit və əmin amanlıq içində olan ölkədə təhlükə sizi Trift körpüsündə gözləyir. Nepalın üçkanallı körpüləri kimi layihələndirilən 170 metr uzunluğunda və 90 metr hündürlükdə olan körpü akrofoblar (hündürlükdən qorxanlar) üçün təhlükəlidir.

5. Zambiya. Bu eqzotik ölkədə turistlər üçün maqnit rolu olan yer Şeytan basseynidir. Quraqlıq vaxtı o təhlükəli olmasa da, yağış yağanda oralardan uzaq durmaq daha məsləhətlidir. Zambiya höküməti Viktoriya şəlaləsinin kənarında yerləşən bu yerə yalnız avqustdan yanvarın ortalarına qədər çimməyə icazə verir. Bu qaydaları pozanlar isə bədəlini həyatları ilə ödəməli olurlar.

4. Nepal. Hər bir alpinist Everesti fət etməyi arzulayır. Bu məqsədlə bura hər il 1 200 turist gəlir. Arzusunda olduqları zirvəyə isə yarıdan az adam çatır, bəziləri isə yolda həlak olurlar.

3. İspaniya. Bu ölkədə ən populyar və çox təhlükəli əyləncələrdən biri buğalarla qaçışdır. Bu attraksion onlarla adrenalin həvəskarının həyatına son qoyub.

2. İrlandiya. Bu Qərbi Avropa ölkəsində Atlantik okeanından 2 kilometr hündürlükdə yerləşən Moxer qayası təhlükə mənbəyidir. Həyacanlı hislər axtarışında olan bir çox turist heç də həmişə müəyyən olunmuş rəsmi marşruta əməl etmirlər.

1. Kaliforniya. Burada həqiqi təhdid mənbəyi Yosemiti Milli Parkında yerləşir. Park ərazisində ən çətin iş Xaf-Doum dağına qalxmaqdır. 1,5 kilometr hündürlüyə qalxmaq və son 120 metri şaquli getmək lazım gəlir.

 

avatar_70.jpg?v=2018-09-21%2015:11:20

Elşən Aydınov

Xəbərin müəllifi

   

Digər xəbərlər

35 yaşına qədər olan avropalıların təxminən yarısı valideynləri ilə səyahət edirlər - SƏBƏB

35 yaşına qədər olan avropalıların təxminən yarısı valideynləri ilə səyahət edirlər - SƏBƏB
  • 22 Aprel, 2019 15:55

Şengen ölkələrinə səfər üçün vizanın qiyməti - ARTIRILIR

Şengen ölkələrinə səfər üçün vizanın qiyməti - ARTIRILIR
  • 18 Aprel, 2019 16:28

Azərbaycana turist axını azalıb

Azərbaycana turist axını azalıb
  • 18 Aprel, 2019 11:13

Azərbaycan bu ölkədə turizm informasiya mərkəzi açır

Azərbaycan bu ölkədə turizm informasiya mərkəzi açır
  • 17 Aprel, 2019 11:55

Cahangir Əsgərov:

Cahangir Əsgərov: "Azərbaycan və Gürcüstan arasında turist axını artacaq"
  • 12 Aprel, 2019 16:09

Bizi izləyin

Son xəbərlərimizi bu sosial şəbəkələrdən oxuyun!

   

YouTube

Son xəbərlər

Son xəbərlər >

Instagram

Arxiv xəbərlər

Aprel

2019

B

B

Ç

Ç

C

C

Ş

31

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

1

2

3