Çexiyalı sərbəst dalğıc David Vencl dalğıc paltarı geyinmədən İsveçrədəki Sils gölünün 52,1 metr dərinliyinə qədər enib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, o bu prosesi cəmi 1 dəqiqə 54 saniyə içərisində həyata keçirib. Vencl dərinliyə enərkən təhlükəsizlik tədbiri çərçivəsində son 15 metrə qədər onu 4 nəfər müşayiət edib. Daha sonra isə onun yanında heç kim olmayıb.

50 metr dərinliyə tək nəfəslə eniş edərək bundan əvvəlki rekorda da sahib olan Vencl 52.1 metr dərinliyə baş vuraraq həm öz rekordunu, həm də dünya rekordunu yeniləyib. Lakin bu uğur ona zərərsiz başa gəlməyib. Dalğıcın suyun dərinliyində olarkən ağzından qan gəldiyi və sudan çıxdıqdan sonra həkim nəzarətinə alındığı bildirilir. 

D.Vencl ilk açıqlamasında hər şeyin plana uyğun getdiyini və rekordu yenilədiyi üçün həyəcanlı olduğunu bildirib. 

Qeyd edək ki, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən və 71 metrə qədər dərinliyi olan Sils gölünün səthində 20 sm hündürlüyündə qar, altında isə 35 metr qalınlığında buz təbəqəsinin olduğu bildirilir.