“Son 4 ildə əmək müqavilələrinin sayı 30 % artaraq 1 milyon 685 minə çatıb.

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zamanı deyib. 

O bildirib ki, əməkhaqqı fondu 92 % artıb: 

“Dövlət məşğulluq xidmətləri vasitəsilə 230 min şəxs işlə, 122 min şəxsin ödənişli ictimai işlərlə, 36 min şəxs özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib. 7 min şəxs peşə hazırlığına, 292 min şəxs peşəyönümü məsləhət xidmətlərinə cəlb edilib.

8 485 şəxsə işsizlikdən sığorta təyin olunub, bu ödənişlərdə də 30% artım olub”.