“YAŞAT” Fondu tərəfindən daha 3 qazimiz müalicə məqsədi ilə Türkiyəyə göndərilib.

Bu barədə Fonddan məlumat verilib.

Müalicə məqsədilə ağır yaralanan üç qazi – Musayev Vadim Fikrətoviç, Salayev Namiq Həsən oğlu, İsmayılov İsrail Asif oğlu “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Onlardan ikisi - Musayev Vadim Fikrətoviç və Salayev Namiq Həsən oğlunun müalicəsi davam etdiyindən təkrarən yola salınıblar.