"NATO-nun Çinə o qədər də inamı yoxdur, çünki Çin Rusiyanın işğal cəhdlərini pisləməyib".

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq bildirib. O bildirib ki, Çinin işğaldan əvvəl Rusiya ilə dostluq müqaviləsi imzalaması da buna səbəbdir.

Qeyd edək ki, Çin Ukraynadakı müharibə ilə bağlı sülh planı yayımlamışdı. ABŞ isə bu planı "uğursuz" adlandıraraq rədd etdi.