Qazaxıstan hökuməti 2027-ci ilə qədər əhalinin yüksəksürətli internetlə təmin edilməsini nəzərdə tutan “Mövcud İnternet” milli layihəsini təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə respublika hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bunun həyata keçirilməsinə 3,2 milyard dollar xərclənəcək. Bu məbləğin böyük hissəsi - 2,7 dollardan çoxu büdcədənkənar fondları təmsil edir.

Layihə dövlət başçısının internet sənayesinin inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq qəbul edilib. Onun əsas məqsədi əhalinin ümumdünya şəbəkəsinə genişzolaqlı çıxışını ilə təmin etməkdir.

 

Gözəl Həşimova