Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə 'Azərişıq' ASC-dən İqtisadiyyat.Az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Bağlar RETSİ-nin xidməti ərazisinə daxil Məhəmmədi qəsəbəsində yenidənqurma və elektrik enerjisinin dayanıqlığı məqsədilə(35/10 kV-luq 'Məhəmmədi' y/st-ı ilə yeni xətlərin əlaqələndirilməsi) 06-07 dekabr 2018-ci il tarixlərində elektrik enerjisinn verilişində qısa müddətli fasilələr yaranacaq. Yaranmış narahatlığa görə 'Azərişıq' ASC istehlakçılardan üzr istəyir.