“Bizim Market” Aparıcı Mühasib vəzifəsinə işçi axtarır.

Namizədə olan tələblər:

• Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi,
• Dövlət orqanlarına hesabatların təqdim edilməsini bacarmaq,
• ƏDV ilə işləmə təcrübəsinin olması.

İş haqqında məlumat:

• Bank əməliyyatlarının aparılması,
• İşçilərlə hesablaşmaların və sənədləşmələrin təşkili,
• Aylıq, rüblük, illik Dövlət orqanlarına hesabatların göndərilməsi,
• Birbaşa rəhbərin (Direktor müavini) və Maliyyə Direktorunun tapşırıqlarının icra edilməsi.

İş şəraiti:

• 5 günlük iş həftəsi
• Əmək haqqı 900-1100 AZN
• Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur

Vakansiyaya müraciət üçün CV-ləri “Aparıcı mühasib” mövzusu ilə hr@bizimmarket.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.