Bitkoinin qiyməti 11% artıb. Hazırda kriptovalyutanın məzənnəsi 21 min dolları keçsə də, sonradan 20,9 min dollara korreksiya edilib. iqtisadiyyat.az xəbər verir ki, sonuncu dəfə bitkoin bu səviyyədə 2022-ci ilin noyabrında alınıb.

Son yeddi gündə bitkoin təxminən 23% bahalaşıb. Digər kriptovalyutalar da müsbət dinamika nümayiş etdirir.