Yanvarda Azərbaycandan 992 milyon 641 min kubmetr təbii qaz ixrac olunub.

İqtisadiyyat.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, ay ərzində ixrac olunan təbii qazın dəyəri 101 milyon 387 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, keçən ilin yanvarında ölkədən 114 milyon 716 min kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri isə 22 milyon 727 min dollar olmuşdu.

AZƏRTAC