FinTrend BOKT MMC 31 dekabr 2021-ci il tarixinə bitən il üzrə Maliyyə Hesabatları üzrə İzahlı Qeydlər

     1. Giriş

Təşkilat və onun fəaliyyəti Təşkilat Bakı Şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsində 24 aprel 2014-cü il tarixində “FinTrend” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə qeydiyyatdan keçmiş və 2002961101 nömrəli VÖEN və BKT-24 seriyalı lisenziya nömrəsini almışdır. Təşkilat əsas fəaliyyət sahəsi fiziki və hüquqi şəxslərə, o cümlədən sahibkarlara, az təminatlı icmalara, qaçqın və məcburi köçkünlərə və digər şəxslərə qısa və uzun müddətli kreditlərin verilməsindən ibarətdir. Təşkilat tərəfindən verilmiş kreditlər daşınar və daşınmaz əmlakın girovu, qarantiya, zaminlik və qanunvericiliklə nəzərdə tutulmuş digər üsullarla təmin oluna bilər. 31 dekabr 2021-ci il tarixinə Təsisçilərin payları aşağıdakı kimidir:

 22 noyabr 2021-ci il tarixində müəssisənin təşkilati-hüquq forması Qapalı Səhmdar Cəmiyyətindən Məhdud Məsuliyyətli Cəmiyyətinə dəyişdirilib.

    2. Hesabatların Tərtib Edilməsinin Əsas Prinsipləri

Uyğunluq prinsipi Hazırki maliyyə hesabatları Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (“BMHS”) uyğun şəkildə hazırlanmışdır. Təqdimatın əsasları Maliyyə hesabatları tarixi dəyər prinsipinə əsasən hazırlanmışdır. Funksional və hesabat valyutası Təşkilatın funksional valyutası və bu maliyyə hesabatlarının tərtib olunduğu valyuta Azərbaycan Respublikasının milli valyutası olan Azərbaycan Manatıdır (“AZN”).

    3. Təşkilatın Əməliyyat Mühiti

Azərbaycan Respublikası. Neft ixrac edən bir ölkə kimi və neftin dövlət büdcəsinin həcmi, eləcə də dəyəri etibarı ilə əsas paya sahib olduğu üçün Azəbaycan iqtisadiyyatı neftin dəyərindən əhəmiyyətli dərəcədə aslıdır. Bu səbəbdən sözügedən sahənin qiymətlərində yaranan fərqlər iqtisadiyyat üzərində böyük təsirə malikdir və neftin dəyərindəki kəskin dəyişikliklər valyuta dəyərdən düşməsi, iqtisadiyyat və sənaye sahələrinin inkişafında ləngimələr, həmçinin pul vəsaitlərinin dövriyyəsində yaranan qeyri-sabitlik kimi bu və ya digər makro-iqtisadi faktorların mövcudluğuna gətirib çıxarır. 2014-cü ilin iyun ayının ortalarından etibarən neftin qiymətində qəfil enmə müşahidə olunmağa başladı və bu birbaşa neft istehsal edən ölkələrə, eləcə də Azərbaycana öz təsirini göstərdi. Qeyd olunan hadisələr də öz növbəsində neft sahəsindəki gəlirlərin və dolayısı ilə illik büdcə gəlirlərinin azalması, neft istehsalatının aşağı enməsi və bu sahədə aparılan əməliyyatların dayandırılması ilə nəticələndi. Azərbaycan Respublikasının Mərkəzi Bankı beynəlxalq valyuta bazarında rəqabət qabiliyyətini qoruyub saxlamaq məqsədilə, valyuta siyasətini dəyişərək 21 Fevral 2015-ci il tarixli mətbuat bəyanatı ilə Azərbaycan manatının dəyərinin ABŞ dollarına nisbətdə 34 % və 21 Dekabr 2015-ci il tarixli mətbuat bəyanatı ilə 48 % endirilməsi haqqında qərarını açıqladı. Manatın ABŞ dollarına münasibətdə tədricən dəyərdən düşməsi 2016-cı il ərzində davam etdi və bütövlükdə il üzrə təxminən 23%-ə bərabər oldu. 2017-ci ildə manatın ABŞ dollarına nisbəti tarazlıq nöqtəsində sabit olaraq qalmışdır. Həmin ilin 12 yanvar tarixindən, Azərbaycan Respublikasının Mərkəzi Bankı üzən məzənnə sisteminə sərbəst keçid imkanı üçün kommersiya banklarına tətbiq etdiyi 4% məzənnə dəhlizini ləğv etmişdir. Azərbaycan Respublikasının Prezidenti 6 Dekabr 2016-cı il tarixində "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri" haqqında fərman imzaladı. Azərbaycanda davamlı və rəqabət qabiliyyətli qeyri-neft sektorunun inkişaf etdirilməsi artıq hökümətin iqtisadi siyasətinin əsas istiqamətini təşkil edir. Prezident kənd təsərrüfatı, neft və qaz, istehlak malları, ağır sənaye, turizm və digərləri də daxil olmaqla 12 istiqamət üzrə strateji yol xəritəsini təsdiqlədi. 2017-ci ilin 14 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidentinin iştirakı ilə "Azəri-ÇıraqGünəşli" neft-qaz yataqları blokunun işlənməsi üzrə yeni saziş imzalanmışdır. Saziş "Əsrin müqaviləsi"nin ("Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə PSA sazişi) müddətinin 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutur. Yeni müqaviləyə əsasən, SOCAR-ın payı 11,6 %-dən 25 %-dək artırılmışdır. Neft istehsal edən ölkələrdə baş verən siyasi və iqtisadi proseslər nəticəsində 2017-ci il ərzində neftin qiymətində ötən ilin sonuna olan nisbətdə təxminən 25% artım müşahidə olunmuşdur. Neft qiymətlərində əhəmiyyətli dəyişkənlik neft və enerji sektorunun maliyyə və likvidlik mövqelərinə əhəmiyyətli dərəcədə təsirini göstərir, bu isə öz növbəsində həmin sahələrə kreditlərin ayrılmasındakı çətinliklərə, həmçinin mövcud borcların ödənilmə qabiliyyətinin aşağı enməsinə gətirib çıxara bilər. Müəssisələrin əməliyyat şəraitinin zəifləməsi rəhbərliyin pul vəsaitlərinin hərəkəti ilə bağlı proqnozlarına, maliyyə və qeyri-maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə qiymətləndirmə proseslərinə mənfi təsir göstərəcəyi də ehtimal olunur. Mümkün əldə edilə bilən məlumatlar əsasında rəhbərlik dəyərsizləşmə üzrə qiymətləndirmələrində gələcək dövrün pul vəsaitlərinin hərəkəti ilə bağlı yenilənmiş təxminlərdən istifadə etmişdir. Makro-iqtisadi amillərin gözlənilən dəyişiklikləri səbəbindən rəhbərlik bu dəyişikliklərin Təşkilatın əməliyyatları üzərində təsirini dəqiq qiymətləndirmək və yarana biləcək nəticələrlə bağlı hər hansı bir ölçü götürmək iqtidarında deyil. Rəhbərlik, mövcud şəraitdə Təşkilatın fəaliyyətinin davamlılığını və inkişafını təmin etmək üçün bütün lazımi tədbirlərin görüldüyünü hesab edir.

    4. Əsas Uçot Prinsiplərinin Xülasəsi

      Maliyyə alətləri - əsas qiymətləndirmə üsulları.

Təsnifat formalarından asılı olaraq maliyyə alətləri ədalətli dəyərdə və ya amortizasiya olunmuş maya dəyərində qeydə alınır. Həmin qiymətləndirmə üsulları aşağıda əks etdirilir. Ədalətli dəyər müstəqil şəkildə fəaliyyət göstərən yaxşı məlumatlandırılmış müstəqil tərəflər arasında əməliyyatın ümumi şərtlər əsasında həyata keçirildiyi zaman aktivin mübadilə edilə bildiyi və ya öhdəliyin yerinə yetirildiyi məbləği təşkil edir. Ədalətli dəyər fəal bazarda alınıb satılan maliyyə aktivləri üzrə cari tələb qiymətini və maliyyə öhdəlikləri üzrə cari təklif qiymətini əks etdirir. Bazar riskləri qarşılıqlı şəkildə əvəzləşdirilən aktiv və öhdəliklər ilə əlaqədar Təşkilat qarşılıqlı surətdə əvəzləşdirilən risklər üzrə ədalətli dəyər göstəricilərinin müəyyən edilməsi üçün orta bazar qiymətlərindən istifadə edə bilər və xalis açıq mövqeyə müvafiq tələb və təklif qiyməti tətbiq edə bilər. Maliyyə aləti fəal bazarda o zaman sərbəst surətdə alınıb satıla bilən aktivlər kimi qəbul edilir ki, onların qiymətləri haqqında məlumat fond birjasında və ya digər maliyyə Təşkilatından sərbəst və müntəzəm şəkildə əldə edilə bilsin və bu zaman həmin qiymətlər könüllü şəkildə bazar şərtləri çərçivəsində həyata keçirilən real və müntəzəm əməliyyatları əks etdirsin. Bazar qiymətləri mövcud olmayan maliyyə alətlərinin ədalətli dəyərini müəyyən etmək üçün diskont edilmiş pul vəsaitlərinin hərəkəti modeli, könüllü şəkildə həyata keçirilən ən son əməliyyatlar haqqında məlumata əsaslanan modellər kimi qiymətləndirmə üsulları, eləcə də investisiya qoyulan müəssisələr haqqında maliyyə məlumatlarının təhlili istifadə edilir. Qiymətləndirmə üsulları müşahidə edilə bilən bazar məlumatları ilə dəstəklənməyən fərziyyələrin istifadə olunmasını tələb edə bilər. Bu fərziyyələrin hər-hansı birinin mümkün alternativ variantla əvəz edilməsi nəticəsində mənfəət, gəlir, aktiv və öhdəliklərin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olacaq hallar barədə məlumat hazırkı maliyyə hesabatlarında açıqlanır. İlkin dəyər alış tarixinə aktivi almaq üçün ödənilmiş pul vəsaitlərini və ya onların ekvivalentlərinin məbləğini və yaxud verilmiş digər resursların ədalətli dəyərini əks etdirir və əməliyyat xərclərini ehtiva edir. İlkin dəyərlə qiymətləndirmə yalnız bazar qiymətləri olmayan və ədalətli dəyəri etibarlı şəkildə ölçülə bilməyən pay alətlərindəki investisiyalara tətbiq edilir. Əməliyyat xərcləri əlavə xərcləri əks etdirir və birbaşa olaraq maliyyə alətinin alışı, buraxılması və ya satışı ilə əlaqəlidir. Əlavə xərclər əməliyyatın həyata keçirilmədiyi təqdirdə yaranmayan xərclərdir.Əməliyyat xərclərinə agentlərə (satış üzrə agentlər kimi fəaliyyət göstərən işçilər daxil olmaqla), məsləhətçilərə, brokerlərə və dilerlərə ödənilmiş haqq və komissiyalar, tənzimləyici orqanlar və fond birjalarına ödəmələr, eləcə də mülkiyyət hüququnun köçürülməsi üzrə vergilər və rüsumlar daxildir. Borc öhdəlikləri üzrə mükafat və ya diskontlar, maliyyələşdirmə xərcləri, daxili inzibati və ya saxlama xərcləri maliyyə xərclərinə daxil edilmir. Amortizasiya olunmuş maya dəyəri əsas məbləğin ödənilməsi çıxılmaqla, lakin hesablanmış faizləri daxil etməklə, maliyyə aktivləri üçün isə dəyərsizləşmə zərərləri üzrə hər-hansı silinməni çıxmaqla aktivlərin ilkin dəyərini əks etdirir. Hesablanmış faizlərə ilkin uçot zamanı təxirə salınmış əməliyyat xərclərinin və effektiv faiz metodundan istifadə etməklə ödəniş məbləği üzrə hərhansı mükafat və ya diskontun amortizasiyası daxildir. Hesablanmış faiz gəlirləri və faiz xərcləri, o cümlədən hesablanmış kupon gəlirləri və amortizasiya olunmuş diskont və ya mükafat (verilmə zamanı təxirə salınmış komissiyalar daxil olmaqla, əgər varsa) ayrıca göstərilmir və maliyyə vəziyyəti haqqında hesabatın müvafiq maddələrinin balans dəyərinə daxil edilir. Effektiv faiz metodu maliyyə alətinin balans dəyəri üzrə sabit faiz dərəcəsinin (effektiv faiz dərəcəsi) təmin edilməsi üçün faiz gəlirləri və ya xərclərinin müvafiq dövr ərzində uçota alınması metodudur. Effektiv faiz dərəcəsi, təxmin edilən gələcək pul ödənişlərini və ya daxilolmaları (kreditlər üzrə gələcək zərərlər xaric olmaqla) maliyyə alətinin gözlənilən fəaliyyət müddəti ərzində və ya müvafiq hallarda daha qısa müddət ərzində maliyyə alətinin xalis balans dəyərinə diskontlaşdıran dəqiq dərəcədir. Effektiv faiz dərəcəsi maliyyə aləti üçün nəzərdə tutulan dəyişkən faiz dərəcəsi üzrə kredit spredini əks etdirən mükafatlar və ya diskont və yaxud bazar qiymətlərindən asılı olaraq müəyyən edilməyən digər dəyişkən amillər istisna olmaqla, faiz dərəcələrinin növbəti dəyişdirilmə tarixinə qədər dəyişkən faizli alətlər üzrə pul vəsaitlərinin hərəkətini diskont etmək üçün istifadə edilir. Bu cür mükafatlar və ya diskontlar maliyyə alətinin gözlənilən tədavül müddəti ərzində amortizasiya edilir. Diskont dəyərinin hesablanmasına müqavilə tərəfləri arasında ödənilmiş və ya alınmış effektiv faiz dərəcəsinin tərkib hissəsini təşkil edən bütün komissiyalar daxildir.

   Maliyyə alətlərinin ilkin uçotu. 

Mənfəət və zərər haqqında hesabatda ədalətli dəyərlə göstərilən ticarət üçün qiymətli kağızlar, derivativlər və digər maliyyə alətləri əvvəlcə ədalətli dəyərdə qeydə alınır. Bütün digər maliyyə alətləri, dövlət və dövlət təşkilatlarından alınmış kreditlər istisna olmaqla, əməliyyat xərcləri də daxil olmaqla ədalətli dəyərdə qeydə alınır. İlkin uçot zamanı ədalətli dəyər ən yaxşı olaraq əməliyyat qiyməti ilə sübut edilir. İlkin uçot zamanı yaranan gəlir və ya zərər yalnız ədalətli dəyər ilə əməliyyat qiyməti arasında fərq olduqda qeydə alınır. Ədalətli dəyər eyni maliyyə aləti ilə aparılan digər cari bazar əməliyyatlarının müşahidəsi və yaxud həmin bazarlardan əldə edilən məlumatlara əsaslanan qiymətləndirmə üsulu ilə sübut edilir. Qanunvericilik və ya ümumi qəbul edilmiş bazar qaydaları ilə müəyyən edilmiş vaxt çərçivəsində təchiz olunması nəzərdə tutulan maliyyə aktivlərinin bütün digər alış və satışları (“müntəzəm” alış və satışlar), Təşkilatın maliyyə aktivini almaq və ya satmaq öhdəliyini qəbul etdiyi əməliyyat tarixində qeydə alınır. Alış üzrə bütün digər əməliyyatlar müəssisənin həmin maliyyə aləti üzrə müqavilə tərəfi olduqda qeydə alınır.

   Pul vəsaitləri və onların ekvivalentləri.

Pul vəsaitləri və onların ekvivalentləri asanlıqla müəyyən nağd pul məbləğinə çevrilə bilən və dəyəri cüzi dəyişikliklərə məruz qalan vəsaitlərdir. Pul vəsaitləri və onların ekvivalentlərinə ilkin ödəmə müddəti üç aydan az olan banklararası bütün depozitlər daxildir. Verilmə tarixində istifadəsi üç aydan çox müddətə məhdudlaşdırılmış vəsaitlər pul vəsaitləri və onların ekvivalentlərinə aid edilmir. Pul vəsaitləri və onların ekvivalentləri amortizasiya olunmuş maya dəyərində əks etdirilir.

    Müştərilərə verilmiş kreditlər və avanslar.

Müştərilərə verilmiş kreditlər və avanslar təsbit edilmiş və ya müəyyən edilə bilən tarixlərdə qaytarılmaq şərtilə sərbəst surətdə alınıb satıla bilməyən qeyri-derivativ maliyyə alətləri ilə əlaqəsi olmayan debitor borclarının əldə edilməsi və ya yaradılması məqsədilə, Təşkilat tərəfindən müştərilərə avans şəklində nağd pul verildiyi zaman uçota alınır. Bu zaman Təşkilatın həmin debitor borcları üzrə alqı-satqı əməliyyatı aparmaq niyyəti olmur. Müştərilərə verilmiş kreditlər və avanslar amortizasiya olunmuş maya dəyərində əks etdirilir.Dəyərsizləşmiş maliyyə aktivləri ilə bağlı şərtlərə yenidən baxıldıqda, yenidən baxılmış şərtlər əvvəlki şərtlərdən əhəmiyyətli dərəcədə fərqlənərsə, yeni aktiv əvvəlcə ədalətli dəyərdə uçota alınır.

   Amortizasiya olunmuş maya dəyərində qeydə alınan maliyyə aktivlərinin dəyərsizləşməsi.

Maliyyə aktivinin ilkin uçotundan sonra baş vermiş bir və ya bir neçə halın (“zərər halları”) nəticəsində yaranmış və etibarlı şəkildə təxmin edilə bilən maliyyə aktivi və ya maliyyə aktivləri qrupu üzrə gələcək pul vəsaitlərinin məbləğinə və ya vaxtına təsir göstərən dəyərsizləşmə üzrə zərərlər il üzrə mənfəət və zərərə aid edilir. Ayrıca qiymətləndirilən maliyyə aktivi (əhəmiyyətindən asılı olmayaraq) ilə əlaqədar dəyərsizləşmə üzrə zərərin baş verməsinə dair Təşkilatda obyektiv dəlil olmadıqda, həmin aktiv analoji kredit riskinə malik olan maliyyə aktivləri qrupuna aid edilir və dəyərsizləşməyə görə birlikdə qiymətləndirilir. Maliyyə aktivinin dəyərsizləşməsi məsələsinə baxarkən Təşkilatın nəzərə aldığı əsas amillər həmin aktivin vaxtı keçmiş statusu və hər-hansı girov təminatının realizasiya oluna bilməsidir. Dəyərsizləşmə üzrə zərərin baş verməsinə dair obyektiv əlamətlərin mövcud olmasını müəyyən edən əsas meyarlar aşağıda göstərilir: - hər-hansı ödənişin gecikdirilməsi və bu zaman gecikdirilmiş ödənişin hesablaşma sistemlərindəki gecikmə ilə izah edilə bilməməsi; - borcalanın əhəmiyyətli maliyyə çətinlikləri ilə üzləşməsi və bunun Təşkilatın borcalan haqqında maliyyə məlumatları ilə təsdiqlənməsi; - borcalanın müflisləşməsi və ya onun maliyyə strukturunun yenidən təşkil edilməsi riskinə məruz qalması; - borcalana təsir göstərən milli və ya yerli iqtisadi şəraitin dəyişməsi nəticəsində onun ödəniş statusunda mənfi dəyişikliklərin baş verməsi; və ya - girovun dəyərinin bazar şərtlərinin pisləşməsi nəticəsində əhəmiyyətli dərəcədə aşağı düşməsi. Aktivlər üçün dəyərsizləşmə üzrə zərərlərin kollektiv şəkildə qiymətləndirilməsi məqsədilə maliyyə aktivləri analoji kredit risk xüsusiyyətlərinə əsasən qruplaşdırılır. Həmin xüsusiyyətlər qiymətləndirilən aktivlərin müqavilə üzrə şərtlərinə uyğun olaraq borcalanlar tərəfindən bütün məbləğlərin ödənilməsi qabiliyyətinin göstəricisi olmaqla, bu cür aktivlər qrupu üzrə gələcək pul vəsaitləri hərəkətinin təxmin edilməsi üçün uyğundur. Dəyərsizləşməyə qarşı məcmu şəkildə qiymətləndirilən maliyyə aktivləri qrupundakı pul vəsaitlərinin gələcək hərəkəti, həmin aktivlərlə bağlı müqavilə üzrə pul vəsaitlərinin hərəkətinə, keçmişdə baş vermiş zərər halları nəticəsində yaranacaq vaxtı keçmiş borcların həcminə dair rəhbərlikdə mövcud olan statistikaya və vaxtı keçmiş borcların geri qaytarılması nailiyyətinə əsasən müəyyən edilir. Keçmiş dövrlərə təsir göstərməyən cari şəraitin təsirini əks etdirmək və cari dövrdə mövcud olmayan keçmiş hadisələrin təsirini aradan qaldırmaq məqsədilə, keçmiş illərin statistikası müşahidə edilə bilən cari məlumatlara əsasən tənzimlənir. Amortizasiya olunmuş maya dəyərində uçota alınan dəyərsizləşmiş maliyyə aktivi ilə bağlı şərtlərə yenidən baxılarsa və ya bu şərtlər borcalanın və yaxud borcverənin maliyyə vəziyyətindəki çətinliklərə görə dəyişərsə, dəyərsizləşmənin uçotu şərtlərin dəyişməsindən əvvəlki effektiv faiz dərəcəsinə əsaslanır. Aktivin balans dəyərini effektiv faiz dərəcəsilə diskont edilmiş gələcək pul vəsaitləri hərəkətinin cari dəyərinə (kreditlər üzrə baş verməmiş gələcək zərərlər istisna olmaqla) silmək üçün aktivlər üçün dəyərsizləşmə üzrə zərərlər ehtiyat hesabında qeydə alınır. Girov qoyulmuş maliyyə aktivi üzrə təxmin edilən gələcək pul vəsaitləri hərəkətinin cari dəyərinin hesablanması girovun əldə edilməsi və satılması xərcləri çıxılmaqla, girov nəticəsində yarana bilən (girovun olub-olmaması ehtimal edildikdə) pul vəsaitlərinin hərəkətini əks etdirir. Dəyərsizləşmə üzrə zərərin məbləği sonrakı dövrdə baş vermiş hadisəyə görə azalarsa və həmin azalma obyektiv olaraq zərərin qeydə alınmasından sonra baş vermiş hadisəyə (məsələn, borcalanın kredit reytinqinin artması kimi) aid edilərsə, əvvəl qeydə alınmış dəyərsizləşmə üzrə zərər mənfəət və zərər hesabına yaradılmış ehtiyata düzəliş etməklə bərpa edilir. Aktivlər qaytarıla bilmədikdə onlar, aktivin və ya onun hissəsinin bərpa olunması üçün bütün zəruri prosedurların tamamlanmasından və zərərin məbləğinin müəyyən edilməsindən sonra müvafiq zərər ehtiyatından silinir.

    Maliyyə aktivlərinin uçotdan silinməsi.

Təşkilat aşağıdakı hallarda maliyyə aktivlərini uçotdan silir:

(a) aktivlər geri alındıqda və ya bu aktivlərlə əlaqədar pul vəsaitlərinin hərəkəti üzrə hüquqların müddəti başa çatdıqda və ya

(b) Təşkilat maliyyə aktivlərindən daxil olan pul vəsaitlərinin axını üzrə mülkiyyət hüququnu ötürdükdə və ya ötürülmə haqqında müqavilə bağladıqda və bu zaman (i) həmin aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydaları əsas etibarilə başqa tərəfə ötürdükdə və ya (ii) bu aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydaları əsas etibarilə ötürmədikdə və ya saxlamadıqda, lakin, həmin aktivlər üzrə nəzarət hüququnu özündə saxlamadıqda. Nəzarət qarşı tərəfin öz mülkiyyətində olan aktivi satış üzrə əlavə məhdudiyyətlər qoymadan əlaqəli olmayan üçüncü tərəfə satmaq üçün praktiki imkana malik olmadığı hallarda saxlanılır.

    Binalar və avadanlıqlar.

Binalar lazım olduqda yığılmış amortizasiyanı və dəyərsizləşmə üzrə ehtiyatı çıxmaqla, ilkin dəyərdə qeydə alınır. Başa çatdırılmamış tikinti işləri lazım olduqda dəyərsizləşmə üzrə ehtiyatı çıxmaqla, 12 ilkin dəyərdə qeydə alınır. İlkin dəyərə müvafiq aktivlərin tikintisinin maliyyələşdirilməsi üçün xüsusi və ümumi borc vəsaitlərinin alınması ilə əlaqədar borc vəsaitləri üzrə xərclər daxildir. Tikinti işləri tamamlandıqdan sonra həmin aktivlər müvafiq binalar və avadanlıqlar kateqoriyasına köçürülür və balans dəyərində uçota alınır. Başa çatdırılmamış tikintilər üçün tikinti işləri başa çatdırılmayana qədər amortizasiya hesablanmır. Binalar və avadanlıqların bütün digər növləri lazım olduqda yığılmış amortizasiyanı və dəyərsizləşmə üzrə zərəri çıxmaqla (əgər varsa), ilkin dəyərdə qeydə alınır. Kiçik həcmli təmir və istismar xərcləri çəkildiyi zaman xərcə silinir. Binalar və avadanlıqların əsas komponentlərinin əvəz edilməsi xərcləri kapitallaşdırılır və əvəz edilmiş hissələr balansdan silinir. Binalar və avadanlıqlar dəyərsizləşdikdə, onlar binalar və avadanlıqların istifadəsi nəticəsində əldə edilən dəyər ilə satış xərcləri çıxılmaqla ədalətli dəyərdən daha yüksək olan dəyərə silinir. Aktivin balans dəyərindəki azalma mənfəət və zərərə aid edilir. Aktivin istifadəsi nəticəsində əldə edilən dəyərin və ya satış xərcləri çıxılmaqla, onun ədalətli dəyərinin müəyyən edilməsi üçün istifadə edilən təxminlərdə dəyişiklik baş verdiyi təqdirdə əvvəlki dövrlərdə hər-hansı aktiv üçün qeydə alınmış dəyərsizləşmə üzrə zərərlər bərpa edilir. Binalar və avadanlıqların satışından yaranan gəlir və zərər, gəlir məbləği və balans dəyəri arasındakı fərq kimi müəyyən edilir və mənfəət və zərərdə əks etdirilir. Amortizasiya. Torpaq, tikili və avadanlıqlar üzrə amortizasiya azalan qalıq metoduna əsasən aşağıdakı faiz dərəcləri ilə hesablanır:

-  Kompüter və rabitə avadanlıqları 25%;

-  Mebel, qurğular və sair 20%;

-  Nəqliyyat vasitələri 25%;

Aktivin artıq köhnəldiyi və istismar müddəti başa çatdığı halda, satış üzrə təxmin edilən xərclər çıxılmaqla, Təşkilatın həmin aktivin satışı nəticəsində əldə edəcəyi təxmin edilən məbləğ aktivin qalıq dəyəridir. Aktivlərin qalıq dəyərləri və faydalı xidmət müddətləri lazım olduqda hesabat dövrünün sonunda nəzərdən keçirilir və dəqiqləşdirilir.

    Qeyri-maddi aktivlər.

Təşkilatın qeyri-maddi aktivləri müəyyən faydalı xidmət müddətinə malik olmaqla, əsasən kapitallaşdırılmış proqram təminatından ibarətdir. Əldə edilmiş proqram təminatı lisenziyaları həmin proqram təminatının alınması və tətbiq edilməsi üçün çəkilmiş xərclərin əsasında kapitallaşdırılır. Təşkilat tərəfindən nəzarət olunan identifikasiya edilə bilən unikal proqram təminatı ilə birbaşa əlaqəli olan tərtibat xərcləri, çəkilmiş xərclərdən artıq olan əlavə iqtisadi səmərə gətirəcəyi halda qeyrimaddi aktivlər kimi tanınır. Kapitallaşdırılmış xərclərə proqram təminatını tərtib edən işçilərə sərf olunan xərclər və ümumi təsərrüfat xərclərinin müvafiq hissəsi daxildir. Proqram təminatı ilə əlaqədar bütün digər xərclər (məsələn, texniki dəstək xərcləri) çəkildiyi zaman xərcə silinir. Kapitallaşdırılmış proqram təminatı azalan qalıq metoduna əsasən 10% amortizasiya dərəcəsi ilə amortizasiya olunur.

    Banklar və digər maliyyə institutlarına olan borclar.

Banklar və digər maliyyə institutlarına olan borclar, müxbir banklar tərəfindən Təşkilata nağd pul və ya digər aktivlər verildiyi andan qeydə alınır. Qeyri-törəmə maliyyə öhdəlikləri amortizasiya olunmuş maya dəyərində qeydə alınır. Bank verdiyi borcları geri aldıqda, həmin borc öhdəlikləri maliyyə vəziyyəti haqqında hesabatdan silinir və öhdəliyin balans dəyəri ilə ödənilmiş məbləğ arasındakı fərq borcun ödənilməsi üzrə yaranan gəlir və ya xərclərə daxil edilir.

    Nizamnamə kapitalı.

Adi səhmlər və ixtiyari dividentli geri ödənilməyən imtiyazlı səhmlər hər ikisi xüsusi kapital kimi təsnifləşdirilir. Bilavasitə yeni səhmlərin buraxılışına aid olan xərclər xüsusi kapitalda çıxarış kimi göstərilmişdir. Buraxılmış səhmlərin nominal dəyərindən artıq qazanılmış hər hansı məbləğ xüsusi kapitalda emissiya gəliri kimi qeyd olunur.

    Mənfəət vergisi.

Mənfəət vergisi Azərbaycan Respublikasının qüvvədə olan və ya hesabat tarixinə qüvvəyə minmiş Azərbaycan qanunvericiliyinə uyğun olaraq hesablanır. Mənfəət vergisi xərci cari və təxirə salınmış mənfəət vergisindən ibarətdir və bu və ya digər dövrdə vergi təsiri bilavasitə digər məcmu gəlirlərdə və ya kapitalda qeydə alınan əməliyyatlar istisna olmaqla, mənfəət və zərərdə qeydə alınır. Cari mənfəət vergisi, cari və əvvəlki dövrlər üzrə vergiyə cəlb edilən mənfəət və ya zərər ilə əlaqədar vergi orqanlarına ödəniləcək və ya onlardan geri alınacaq məbləği təşkil edir. Vergiyə cəlb edilən mənfəət və ya zərər maliyyə hesabatlarının müvafiq vergi bəyannamələrinin təqdim olunmasından əvvəl təsdiqləndiyi halda, təxmini göstəricilərə əsasən hesablanır. Mənfəət vergisindən başqa digər vergilər inzibati və digər əməliyyat xərcləri kimi qeydə alınır. Təxirə salınmış mənfəət vergisi öhdəlik metodundan istifadə etməklə, aktiv və öhdəliklərin vergi bazası və maliyyə hesabatlarının hazırlanması məqsədləri üçün onların balans dəyəri arasında yaranan keçmiş illərin vergi zərəri və bütün müvəqqəti fərqlər üçün hesablanır. İlkin uçot zamanı istisna hal olaraq, əgər əməliyyat maliyyə mənfəəti və vergiyə cəlb edilən mənfəətə təsir göstərmirsə, aktiv və öhdəliyin ilkin qeydə alınması nəticəsində yaranan müvəqqəti fərqlər üzrə təxirə salınmış vergi hesablanmır (biznes birləşməsi halları istisna olmaqla). Təxirə salınmış vergi qalıqları, qüvvədə olan və ya hesabat dövrünün sonunda qüvvəyə minmiş vergi dərəcələrinə əsasən, müvəqqəti fərqlərin qaytarılacağı və ya keçmiş illərdən yığılmış vergi zərərlərinin istifadə ediləcəyi dövrdə tətbiq edilməli vergi dərəcələrindən istifadə etməklə hesablanır. Gəlirdən çıxılan müvəqqəti fərqlər üzrə təxirə salınmış vergi aktivləri və keçmiş illərin vergi zərərləri o zaman hesablanır ki, bu çıxılmaların realizasiya oluna bilməsi üçün gələcəkdə kifayət qədər vergiyə cəlb ediləcək mənfəətin mövcudluğu ehtimal edilsin.

  Qeyri-müəyyən vergi mövqeləri.

Təşkilatın qeyri-müəyyən vergi mövqeləri rəhbərlik tərəfindən hər bir hesabat dövrünün sonunda qiymətləndirilir. Rəhbərlik qrupun vergi mövqeyinə vergi orqanları tərəfindən etiraz edildiyi halda, əlavə vergi öhdəliklərinin yaranmasını ehtimal etdikdə, vergi öhdəlikləri nəzərə alınmır. Bu cür qiymətləndirmə qüvvədə olan və ya hesabat dövrünün sonunda qüvvəyə minmiş vergi qanunvericiliyinin təfsirinə və bu məsələlərə dair hər hansı məhkəmə və ya digər qurumların məlum qərarlarına əsasən aparılır. Mənfəət vergisi istisna olmaqla, cərimələr, penyalar və vergilər üzrə öhdəliklər hesabat dövrünün sonunda öhdəliklərin yerinə yetirilməsi üçün zəruri olan xərclərə dair rəhbərliyin ən yaxşı təxminləri əsasında uçota alınır.

     Gəlir və xərclərin uçotu.

Bütün borc alətləri üzrə faiz gəlirləri və xərcləri məcmu gəlirlər haqqında hesabatda effektiv faiz metodundan istifadə etməklə hesablama metodu ilə qeydə alınır. Bu metoda əsasən, faiz gəlirləri və xərclərinə müqavilə tərəfləri arasında ödənilmiş və ya alınmış və effektiv faiz dərəcəsinin tərkib hissəsi olan bütün komissiya və haqlar, əməliyyat xərcləri, eləcə də bütün digər mükafat və ya güzəştlər daxildir. Effektiv faiz dərəcəsinə aid olan komisiya haqlarına maliyyə aktivinin yaradılması və ya alınması, yaxud maliyyə öhdəliyinin (məsələn, ödəmə qabiliyyətinin qiymətləndirilməsi, zəmanətlərin və ya girovun dəyərləndirilməsi və qeydə alınması, maliyyə alətinin təqdim edilməsi şərtlərinin razılaşdırılması və sövdələşmə sənədlərinin hazırlanması haqları) buraxılması ilə əlaqədar əldə edilmiş və ya ödənilmiş komissiya haqları daxildir. Bazar faiz dərəcələri ilə kreditlərin verilməsi üzrə öhdəlik üçün Təşkilat tərəfindən əldə edilmiş komissiya haqları, Təşkilatın xüsusi kredit müqaviləsini imzalayacağı ehtimal edildikdə və kreditin verilməsindən sonra qısa müddət ərzində onun realizasiyasını planlaşdırmadıqda effektiv faiz dərəcəsinin tərkib hissəsi hesab edilir. Təşkilat, kreditlərin verilməsi üzrə öhdəlikləri mənfəət və zərərdə ədalətli dəyərlə qeydə alınan maliyyə öhdəlikləri kimi təsnifləşdirmir. Kreditlərin və digər borc alətlərinin vaxtında qaytarılması ilə bağlı şübhə yarandıqda, onlar dəyərsizləşmə məbləğinin müəyyən edilməsi məqsədilə gələcək pul vəsaitləri hərəkətinin diskontlaşdırılması üçün istifadə edilən effektiv faiz dərəcəsi əsasında faiz gəlirlərini əks etdirməklə bərpa dəyərinə qədər azaldılır. Bütün digər komissiya gəlirləri, digər gəlirlər və digər xərclər adətən göstərilməli olan ümumi xidmətlərdə faktiki göstərilmiş xidmətlərin payı kimi müəyyən edilmiş konkret əqdin tamamlanma dərəcəsindən asılı olaraq hesablama metodu ilə qeydə alınır. Sindikatlaşdırılmış kreditlər üzrə komissiya haqları, sindikatlaşdırma başa çatdıqda və Təşkilat kredit paketinin hər-hansı hissəsini özündə saxlamadıqda və ya paketin bir hissəsini əqdin digər iştirakçıları kimi eyni effektiv faiz dərəcəsilə özündə saxladıqda, gəlir kimi əks etdirilir. Üçüncü tərəflər üçün əqdlərin təşkili üzrə komissiya gəlirləri (məsələn, kreditlərin, səhmlərin və digər qiymətli kağızların alınması və yaxud qeyd olunan əməliyyatlar nəticəsində əldə edilmiş müəssisələrin alqısı və ya satışı) əqd başa çatdıqda qeydə alınır. İnvestisiya portfelinin idarə olunması və digər idarəetmə və məsləhət xidmətləri üzrə komissiya gəlirləri xidmətlərin göstərilməsinə dair müqavilələrin şərtlərinə uyğun olaraq adətən sərf edilmiş vaxta proporsional şəkildə əks etdirilir. İnvestisiya 14 fondlarının aktivlərinin idarə olunması üzrə komissiya gəlirləri bu cür xidmətlərin göstərildiyi dövr ərzində göstərilmiş xidmətlərə proporsional şəkildə qeydə alınır. Eyni prinsip əmlakın idarə edilməsi, maliyyə planlaşdırması və uzun müddət ərzində davamlı olaraq göstərilən depozitari xidmətləri üçün tətbiq edilir.

Xarici valyuta əməliyyatları.

Təşkilatın funksional valyutası onun fəaliyyət göstərdiyi əsas iqtisadi mühitin valyutası hesab edilir. Təşkilatın funksional və hesabat valyutası Azərbaycan Respublikasının milli valyutası olan Azərbaycan Manatıdır (“AZN”). Monetar aktiv və öhdəliklər, ARMB-nin müvafiq hesabat tarixinə qüvvədə olan rəsmi valyuta məzənnəsinə əsasən müəssisənin funksional valyutasına çevrilir. Bu cür əməliyyatlar üzrə hesablaşmaların həyata keçirilməsi və ARMB-nin ilin sonuna olan rəsmi valyuta məzənnəsi ilə monetar aktiv və öhdəliklərin funksional valyutaya çevrilməsi nəticəsində yaranan müsbət və mənfi məzənnə fərqləri mənfəət və zərər hesabatında qeydə alınır. İlin sonuna qüvvədə olan valyuta məzənnəsi ilə yerli valyutaya çevrilmə qeyrimonetar maddələrə, o cümlədən pay alətlərinə tətbiq edilmir. Məzənnə dəyişikliklərinin pay qiymətli kağızların ədalətli dəyərinə təsiri ədalətli dəyər üzrə yenidən qiymətləndirmə nəticəsində gəlir və ya xərclərin bir hissəsi kimi qeydə alınır. 31 dekabr 2021-ci il tarixinə xarici valyuta qalıqlarının çevrilməsində istifadə olunan əsas valyuta məzənnələri: 1 ABŞ Dolları = 1.7000 AZN və 1 Avro = 1.9265 AZN

    Əvəzləşdirmə.

Maliyyə aktiv və öhdəliklərinin əvəzləşdirilməsi və xalis məbləğin maliyyə vəziyyəti haqqında hesabata daxil edilməsi, qeydə alınmış məbləğlərin əvəzləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hüquq, eləcə də əvəzləşdirməni aparmaq və ya eyni zamanda aktivi realizasiya edərək öhdəliyi ödəmək niyyəti mövcud olduğu hallarda həyata keçirilə bilər.

   İşçilərə sərf olunan xərclər və müvafiq ayırmalar.

Əmək haqları, məvaciblər, Azərbaycan Respublikası Dövlət Pensiya və Sosial Müdafiə Fonduna ödənişlər, məzuniyyət və bülletenlər üzrə illik ödənişlər, mükafatlar və pul şəklində olmayan imtiyazlar Təşkilatın işçiləri tərəfindən müvafiq xidmətlər göstərildikdə hesablanır.

    5. Uçot Siyasətinin Tətbiqi Zamanı Əhəmiyyətli Ehtimallar və Mülahizələr 

Təşkilat növbəti il ərzində hesabatlarda əks etdirilən aktiv və öhdəliklərin məbləğlərinə təsir göstərən ehtimallar və mülahizələr irəli sürür. Həmin ehtimallar və mülahizələr müntəzəm olaraq rəhbərliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə mövcud şəraitə uyğun olaraq əsaslandırılmış gələcək hadisələr üzrə təxminlərə əsasən təhlil edilir. Uçot siyasətinin tətbiqi zamanı rəhbərlik həmçinin peşəkar mülahizələr və təxminlər irəli sürür. Maliyyə hesabatlarında əks etdirilən məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti il ərzində aktiv və öhdəliklərin balans dəyərinə əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan təxminlərə aşağıdakılar daxildir:

     Kreditlər və avansların dəyərsizləşməsi üzrə zərər.

Təşkilat müntəzəm olaraq kredit portfeli üzrə dəyərsizləşmənin mövcudluğunu müəyyən etmək üçün onu təhlil edir. Dəyərsizləşmə üzrə zərərin mənfəət və zərər hesabatında əks etdirilməsini müəyyən edərkən, Təşkilat kredit portfelində konkret bir kreditin dəyərində azalmanın müşahidə edilməsindən əvvəl kredit portfeli üzrə pul vəsaitlərinin təxmin edilən hərəkətində ölçülə bilən azalmanı əks etdirən nəzərə çarpan əlamətlərin mövcudluğunu müəyyən etmək üçün peşəkar mülahizələr irəli sürür. Rəhbərlik gələcək pul vəsaitləri hərəkətinin proqnozlaşdırılması üçün istifadə edilən kredit portfelindəki aktivlər ilə analoji kredit riskinə və dəyərsizləşmə üzrə obyektiv əlamətlərə malik aktivlər ilə əlaqədar əvvəlki ilin zərərləri haqqında məlumata əsaslanan təxminlər tətbiq edir. Gələcək pul vəsaitləri hərəkətinin məbləğini və müddətini təxmin edərkən istifadə edilən metodologiya və mülahizələr, təxmini və həqiqi zərərlər arasındakı hər hansı fərqi azaltmaq məqsədilə müntəzəm olaraq nəzərdən keçirilir.

     Qanunvericilik.

Azərbaycanın vergi, valyuta və gömrük qanunvericiliyi müxtəlif dəyişikliklərə məruz qalır.

    Təxirə salınmış vergi aktivinin uçotu.

Uçota alınmış təxirə salınmış xalis vergi aktivi vergiyə cəlb olunan gəlirdən gələcək çıxılmalar vasitəsilə əldə olunan mənfəət vergisi məbləğlərindən ibarətdir və maliyyə vəziyyəti haqqında hesabatda qeydə alınır. Təxirə salınmış mənfəət vergisi aktivi müvafiq vergi faydasının realizasiya oluna biləcəyi zaman qeydə alınır. Vergiyə cəlb olunan gələcək mənfəətin və gələcəkdə yaranması ehtimal edilən vergi faydası məbləğinin müəyyən edilməsi rəhbərlik tərəfindən hazırlanmış ortamüddətli biznes planına və onun ekstrapolyasiya nəticələrinə əsaslanır. Biznes-plan rəhbərliyin şəraitə adekvat olan təxminlərinə əsaslanır.

   Əlaqəli tərəflərlə əməliyyatların ilkin uçotu.

Təşkilat öz fəaliyyəti gedişində əlaqəli tərəflərlə əməliyyatlar aparır. 39 saylı BMS-ə uyğun olaraq maliyyə alətləri ilkin olaraq ədalətli dəyərdə uçota alınmalıdır. Lakin, həmin əməliyyatların bazar və ya qeyri-bazar faiz dərəcələrində həyata keçirilməsini müəyyən etmək məqsədilə bu cür əməliyyatlar üçün fəal bazar mövcud olmadıqda peşəkar mülahizələrdən istifadə etmək lazım gəlir. Mülahizələrin irəli sürülməsinin əsasını əlaqəli olmayan tərəflərlə analoji əməliyyatların qiymətinin müəyyən edilməsi və effektiv faiz dərəcəsinin təhlili təşkil edir.

    Fasiləsiz fəaliyyət prinsipi.

Rəhbərlik hazırkı maliyyə hesabatlarını fasiləsiz fəaliyyət prinsipinə əsasən hazırlamışdır. Belə bir mülahizə irəli sürərkən rəhbərlik Təşkilatın maliyyə vəziyyətini, mövcud planları, əməliyyatların gəlirliliyini və maliyyə resurslarından istifadəni nəzərə almış və son maliyyə böhranının Təşkilatın gələcək əməliyyatlarına təsirini təhlil etmişdir.

    6. Pul Vəsaitləri və Onların Ekvivalentləri

   Kreditin təsdiqlənməsi proseduru və səlahiyyətlərin müəyyən edilməsi.

Kreditin təsdiqlənməsi prosesi Təşkilatın Kredit Siyasətində nəzərdə tutulan prosedurlara uyğun olaraq həyata keçirilir. Kreditin təsdiqlənməsi səlahiyyətləri hər bir biznes vahidi üzrə Təşkilatın Rəhbərliyi tərəfindən təsdiqlənmiş limitlər çərçivəsində müəyyən edilir.

    Kreditlərin təsdiqlənməsi üzrə səlahiyyətlər.

Kreditlərin verilməsindən əvvəl Təşkilat, potensial borcalanların ətraflı qiymətləndirilməsini aparır. Bu təhlil potensial borcalanın maliyyə vəziyyətinə, bazardakı mövqeyinə, kreditin təminatı üçün qoyulmuş girovun növünə və dəyərinə, eləcə də kredit tarixçəsinə əsaslanır. Kreditlər üzrə monitorinq borcalan üzrə Təşkilatın daxili risk reytinqini nəzərə alaraq, kreditin ümumi müddəti ərzində müntəzəm şəkildə aparılır. Kreditin ödəmə vaxtı keçdikdə, Kredit Müqaviləsinin müddətlərində və şərtlərində, Kredit Sazişində, Girov Müqaviləsində və Azərbaycan Respublikası qanunları və Mülki Məcəlləsində göstərilən vasitələrin köməyi ilə yığılacaq. Ödənişlərin vaxtı gecikdirildiyi halda, Kredit işçisi yaranan vəziyyəti hərtərəfli təhlil edəcək və həmin vəziyyətin qarşısını dərhal almaq üçün borc alanla əlaqə saxlanılacaqdır. Problemin təbiətini və onun həll olunmasında istifadə olunan yolları müəyyənləşdirmək üçün hesabat hazırlayır. Gecikdirilmiş ödənişlər haqqında hesabat onun baxılması, nəzərdən keçirilməsi və kredit işçisi tərəfindən islahedici tədbirlərin görülməsi haqda təlimatların hazırlanması üçün Təşkilatın Kredit Komitəsinə göndərilir. Kredit Komitəsinə krediti hər ay nəzərdən keçirir digər əlavə tədbirləri müzakirə edir. Kreditlərin böyük hissəsi üzrə faiz ödənişləri hər ay aparıldığına görə, bu Təşkilata borcalanın maliyyə vəziyyətinə dair əlavə məlumat əldə etmək imkanı verir. Təşkilat 5,000 AZN məbləğindən yuxarı olan kreditlər üçün girov (daşınmaz əmlak, əsas vəsaitlər, dövriyyədə olan mallar, qiymətli kağızlar və s.) təminatının alınmasını nəzərdə tutur. Girovun qiymətləndirilməsi kredit mütəxəsissləri tərəfindən aparılır.

     Bazar riski.

Təşkilat bazardakı ümumi və spesifik dəyişikliklərə məruz qalan (a) valyuta (b) faiz dərəcəsi və (c) pay alətləri üzrə açıq mövqelər ilə əlaqədar bazar risklərinə məruz qalır. Bazar risklərinin idarə edilməsində Təşkilatın məqsədi valyuta məzənnələri və faiz dərəcələrindəki mənfi dəyişikliklərə görə Təşkilatın məruz qala biləcək açıq bazar mövqeləri üzrə mümkün zərər məbləğlərinin məhdudlaşdırılması və azaldılmasından ibarətdir. Rəhbərlik qəbul edilə bilən risklərin səviyyəsi üzrə limitlər müəyyən edir və bu limitlərə hər gün nəzarət edir. Bu limitlər ARMB-nin Açıq Valyuta Mövqeyi Limitlərinin Müəyyən Edilməsi və tənzimlənməsi Qaydalarına uyğun olaraq müəyyən edilir. Təşkilatın hər-hansı bir valyuta üzrə açıq valyuta mövqeyi Təşkilatın məcmu kapitalının 10.0 faizindən, bütün xarici valyutalar üzrə isə 15.0 faizindən artıq olmamalıdır. Təşkilat, ehtiyac yarandıqda ARMB-nin müəyyən etdiyi limitlərdən daha sərt limitlər müəyyən edə bilər.

   Xarici valyuta riski.

Təşkilat Azərbaycan manatına qarşı xarici valyuta məzənnələrindəki dəyişikliklərin onun maliyyə vəziyyətinə və pul vəsaitlərinin hərəkətinə təsiri ilə əlaqədar xarici valyuta riskinə məruz qalır. Rəhbərlik hər bir valyuta üzrə və ümumilikdə risklərin səviyyəsi ilə əlaqədar günün sonuna, həmçinin bir gün ərzində limitlər müəyyən edir və bu limitlərə gündəlik nəzarət edir. Təşkilat spekulyativ fəaliyyət və ya hecinq məqsədləri üçün hər hansı derivativ alətlərlə əməliyyat aparmır. Bu cür alətlər Azərbaycan Respublikasında geniş yayılmamışdır. Təşkilat hesab edir ki, pay alətləri üzrə investisiyalar və qeyri-pul aktivləri əhəmiyyətli valyuta riskinin yaranmasına gətirib çıxarmır.

    Faiz dərəcəsi riski.

Təşkilat bazar faiz dərəcələrinin dəyişməsinin onun maliyyə vəziyyətinə və pul vəsaitlərinin hərəkətinə təsiri ilə əlaqədar riskə məruz qalır. Bu cür dəyişikliklər nəticəsində faiz marjaları arta bilər, lakin faiz dərəcələri üzrə gözlənilməyən dəyişikliklər baş verdiyi təqdirdə faiz marjaları, həmçinin azala və ya zərərin yaranmasına səbəb ola bilər. Rəhbərlik faiz dərəcələrinin dəyişməsinin qəbul edilə bilən səviyyəsi üzrə limitlər müəyyən edir və bu limitlərə hər gün nəzarətedir. 

Həssaslıq təhlili apararkən Təşkilat aşağıdakı mülahizələri irəli sürür:

i. Həssaslıq təhlili Təşkilatın bu açıqlamaları növbəti dəfə təqdim edəcəyi dövrə qədər müddət ərzində baş verə biləcək bütün dəyişiklikləri əks etdirir. Açıqlamaların növbəti təqdim olunma dövrü adətən növbəti illik hesabat dövrü ilə üst-üstə düşür. Təşkilat bütün mümkün dəyişikliklərin deyil, yalnız müvafiq risk dəyişənində mümkün ola biləcək dəyişikliklərin limitləri çərçivəsində təsirini açıqlayır. Təşkilat, AZN ilə ifadə edilmiş dəyişkən faizli aktiv və ya öhdəliklərə malik olmadığına görə onun mənfəəti AZN üzrə faiz dərəcələrindəki dəyişikliklərə məruz qalmır. Valyuta məzənnələrindəki bu cür dəyişikliklərin Təşkilatın mənfəət və ya zərərinə təsirindən başqa, kapitala hər hansı təsiri yoxdur. Yuxarıda qeyd edilən risklər, yalnız Təşkilatın funksional valyutasından fərqli valyutalarda ifadə olunan pul qalıqları üçün hesablanmışdır.

   Digər risk konsentrasiyaları.

Rəhbərlik, verilmiş kreditlərin ümumi məbləği xalis aktivlərin 10%-dən yuxarı olan borcalanlar haqqında məlumatları əks etdirən hesabatlara əsasən kredit riski üzrə konsentrasiyaya nəzarət edir və bu cür məlumatları açıqlayır. 31 dekabr 2021-ci il tarixində Təşkilatın əhəmiyyətli risk konsentrasiyaları olmamışdır.

   Likvidlik riski.

Likvidlik riski Təşkilatın maliyyə öhdəliklərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsində Təşkilatın çətinliklərlə üzləşəcəyi riskdir. Buraya borc vəsaitlərinin geri götürülməsi tələblərinə cavab vermək və faktiki olaraq ödəmə vaxtı çatmış maliyyə alətləri ilə üzrə digər maliyyə öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər vəsaitlərin mövcud olması aiddir. Likvidlik riski aktivlər üzrə əməliyyatların yerinə yetirilmə müddətinin öhdəliklər üzrə əməliyyatların ödəmə müddətləri ilə uzlaşmadığı hallarda ortaya çıxır. Təşkilatın Rəhbərliyinin fikrincə aktiv və öhdəliklərin ödəmə müddətlərinin və faiz dərəcələrinin uyğunluğu və/və ya nəzarət olunan uyğunsuzluğu maliyyə təşkilatlarının idarə olunması üçün əsas amillərdir. Likvidlik risklərinin idarə edilməsi məqsədilə, təşkilat aktiv/öhdəliklərin idarə edilməsi prosesinin bir hissəsi kimi bankların əməliyyatları üzrə gözlənilən gələcək pul vəsaitlərinin hərəkətinə hər gün nəzarət edir. Borc alınmış vəsaitlərin geri götürülməsi tələblərinə cavab vermək və həmçinin normal və gərgin vəziyyətdə vəsaitlərin ödənilməsini təmin etmək üçün Rəhbərlik və Müşahidə Şurası banklararası və digər borc vəsaitlərinin minimum səviyyəsi üzrə və ödəmə müddəti başa çatan vəsaitlərin minimum səviyyəsi üzrə limitlər müəyyən edir. Onlar, həmçinin öhdəlik bazasının diversifikasiya riski üzrə parametrlər müəyyən edir. Təşkilatın likvidlik siyasəti aşağıdakılardan ibarətdir:

 Pul vəsaitləri hərəkətinin proqnozlaşdırılması və müxtəlif vaxt çərçivələrində likvidliyin təmin edilməsi üçün lazımi likvid aktivlərin səviyyəsinin saxlanması;

 Təşkilatın strateji məqsədlərinə uyğun maliyyə planının hazırlanması;

 Müxtəlif maliyyələşdirmə mənbələrinin saxlanması və beləliklə, Təşkilatın ölkədaxili və xarici mənbələrdən borc almaq imkanlarının artırılması;

 Yüksək likvidli və yüksək keyfiyyətli aktivlərin saxlanması;

 Məhsul bazasının vaxt çərçivələrində mövcud maliyyələşdirmə mənbələrinə uyğunlaşdırılması;

 Aktiv və öhdəliklər strukturunun vaxt çərçivələrinədək daimi monitorinqi.

Təşkilatın Rəhbərliyinin fikrincə, aktiv və öhdəliklərin ödəmə müddətlərinin və faiz dərəcələrinin uyğunluğu və/və ya nəzarət olunan uyğunsuzluğu Təşkilatın idarə olunması üçün əsas amillərdir. Ümumiyyətlə, maliyyə institutlarında bu göstəricilərə tam uyğunluq təmin edilmir. Belə ki, əməliyyatlar çox zaman qeyri-müəyyən müddətə aparılır və fərqli xarakterli daşıyır. Bu göstəricilər üzrə uyğunsuzluq potensial olaraq gəlirliliyi artıra, lakin eyni zamanda zərərin baş vermə riskini yüksəldə bilər. Aktiv və öhdəliklərin ödəmə müddətləri, eləcə də ödəmə müddətləri tamamlandıqdan sonra faiz hesablanan öhdəliklərin münasib dəyərlə əvəz edilməsi imkanı, Təşkilatın likvidliyinin və faiz dərəcələri və mübadilə məzənnələrinin dəyişəcəyi halda onun risklərinin qiymətləndirilməsi üçün əsas amillər hesab olunur. Rəhbərliyin fikrincə, Azərbaycanda fəaliyyət göstərən maliyyə institutları üçün mövcud olan əlverişli makroiqtisadi şərait, pul vəsaitləri üzrə müsbət daxilolmalar, əməliyyatların gəlirliliyi və tələb olunduqda, mövcud olan maliyyə resurslarından istifadə nəticəsində likvidlik üzrə uyğunsuzluqdan yaranan risklər əhəmiyyətli dərəcədə azalır.

   18. Kapitalın İdarə Edilməsi

Kapitalın idarə olunmasında Təşkilatın məqsədi ARMB-nin kapitalın məbləği ilə bağlı müəyyən etdiyi tələblərə riayət edilməsini, Təşkilatın fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin və kapitalın adekvatlıq əmsalının 20% həcmində saxlanılması üçün kifayət qədər kapital bazasının saxlanılmasını təmin etməkdir. ARMB-nin kapitalın məbləği ilə bağlı mövcud tələblərinə görə Təşkilat məcmu kapitalın risk dərəcəsi üzrə ölçülmüş aktivlərə nisbətini (“məcmu kapitalın adekvatlığı əmsalı”) minimum 20% saxlanılmasını təmin etməlidir. Rəhbərlik hesab edir ki, Təşkilat 2021-ci il ərzində yerli qanunvericiliyə uyğun hesablanmış kapitalın adekvatlığı əmsalına riayət etmişdir. Rəhbərlik, borc verənlər tərəfindən tətbiq edilmiş xüsusi maliyyə şərtlərinə riayət edilməsi məqsədilə aparılan təhlil çərçivəsində kapitalın strukturunu müntəzəm olaraq təhlil edərək, maliyyə hesabatlarının digər komponentləri ilə bağlı kapital və onun strukturu üzrə riskləri nəzərdən keçirir. Rəhbərlik hesab edir ki, təşkilat 2021-ci il ərzində kapitalın məbləği ilə bağlı bütün icbari qurumların tələblərinə riayət etmişdir.

       19. Şərti Öhdəliklər Məhkəmə prosedurları.

Vaxtaşırı olaraq və adi fəaliyyət gedişində Təşkilata qarşı irəli sürülə biləcək iddialarla əlaqədar, Təşkilatın Rəhbərliyi öz təxminlərinə, eləcə də daxili və kənar peşəkarların məsləhətlərinə əsasən hesab edir ki, bu iddialarla bağlı heç bir əhəmiyyətli zərər baş verməyəcəkdir.

     Vergi qanunvericiliyi.

Azərbaycanın vergi, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərhlərə və tez-tez baş verə bilən dəyişikliklərə məruz qalır. Təşkilatın əməliyyatlarına və fəaliyyətinə tətbiq edilən bu cür qanunvericiliyə dair Rəhbərliyin şərhlərinə müvafiq dövlət vergi orqanları tərəfindən etiraz edilə bilər. Azərbaycan Respublikasında cərəyan edən son hadisələr göstərir ki, vergi orqanları qanunvericiliyi şərh edərkən və vergilərin məbləğini müəyyənləşdirərkən daha sərt mövqe nümayiş etdirə bilər və keçmişdə etiraz edilməyən əməliyyat və fəaliyyətlərə yenidən baxıla bilər. Bunun nəticəsində, Təşkilata qarşı böyük məbləğdə əlavə vergilər, cərimələr və faizlər hesablana bilər. Vergi orqanları tərəfindən vergi ödəyicisinin son üç təqvim ilindən çox olmayan fəaliyyəti yoxlanıla bilər. Qanunvericiliklə müəyyən olunmuş xüsusi hallarda yoxlama daha artıq dövrləri əhatə edəbilər.

   Kapital məsrəfləri ilə bağlı öhdəliklər. 

31 dekabr 2021-ci tarixində təşkilatın avadanlıqları ilə əlaqədar kapital məsrəfləri ilə bağlı öhdəlikləri olmamışdır.

     20. Əlaqəli Tərəflərlə Əməliyyatlar

Tərəflər o zaman əlaqəli hesab olunur ki, onlar eyni qrupun nəzarəti altında olsun və ya onlardan biri digərinə nəzarət edə bilsin və yaxud maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı qərar qəbul edərkən digər tərəfə əhəmiyyətli təsir göstərə bilsin. Əlaqəli tərəflər arasındakı münasibətləri nəzərə alarkən həmin münasibətlərin hüquqi formasına deyil, iqtisadi məzmununa diqqət yetirilir.

    21. Hesabat Dövründən Sonra Baş Vermiş Hadisələr

31 dekabr 2021-ci il tarixindən etibarən Auditorun rəyinin təqdim edilməsi tarixinədək təşkilatın fəaliyyəti ilə əlaqədar heç bir əhəmiyyətli hadisə və ya dəyişiklik baş verməmişdir.