Azərbaycan Beynəlxalq Bankı Kreditlərin rəsmiləşdirilməsi şöbəsinə mütəxəssis axtarışındadır.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Kredit, kredit xətti, faktorinq, kredit limitlərinin və digər kredit məhsullarının rəsmiləşdirilməsi;
  • Akkreditiv və Qarantiyaların rəsmiləşdirilməsi (örtüklü və örtüksüz);
  • Plastik kartlara limitlərin açılması;
  • Kredit modulu ilə iş (AƏS-üzərində);
  • Hesablar üzrə əməliyyatların aparılması;
  • Hesabatların hazırlanması;
  • Müştərilərə səyyar xidmətin göstərilməsi;
  • Notarius, sığorta və qiymətləndirmə şirkətləri ilə iş;
  • MXS-lər ilə işin aparılması;
  • Fondlar ilə iş (SİF, İKZF, AKİA);
  • Yeni layihələr üzrə işin aparılması.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli;
  • Müştərilərə xidmət sahəsində minimum 1 il iş təcrübəli;
  • Ofis proqramları sahəsində mükəmməl biliyə sahib;
  • Kredit səhəsində biliklərə malik;
  • BPM, Bİ, Flexcube və digər bank proqramlarında sərbəst iş bacarığına malik;
  • Yazılı və şifahi ünsiyyət bacarığına sahib;
  • Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyətinə sahib;
  • Kollektivlə aktiv işləmək bacarığı olan şəxsdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kreditlərin rəsmiləşdirilməsi şöbəsinə mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az