Yaxın Şərqdə geosiyasi gərginliyin artması, inflyasiyanın sürətlənməsi, qlobal mərkəzi bankların monetar siyasətlərinin sərtləşdirilməsi və Çinin zəif iqtisadi göstəriciləri hazırda qlobal iqtisadiyyat üçün əsas risklərdir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) analitiklərinin “Economic Outlook” icmalına istinadən məlumat yayıb .

Məlumata görə, Yaxın Şərqdə münaqişənin kəskinləşməsi əsas dəniz ticarət yollarının bağlanmasına və nəticədə müxtəlif kateqoriyalı mal və xidmətlərin qlobal qiymətlərinin artmasına səbəb ola bilər.

Bu vəziyyətdə neftin birja qiyməti bu ilin sonuna kimi 25 faiz arta bilər. Bu amil isə öz növbəsində qlobal inflyasiyanı 1 faiz bəndi sürətləndirə bilər. Bu baş verərsə, bir sıra mərkəzi banklar faiz dərəcələrini təxminən 50 baza bəndi artırmağa məcbur olacaqlar. Nəticədə qlobal iqtisadiyyat 0,4 faiz bəndi azalacaq.

 

Gözəl Həşimova