Bakıda ağaclar kəsilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev Pravda az-ın sorğusuna cavab olaraq bildirib ki, paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində ağacların kəsilməsi ilə bağlı məlumatlıdırlar.

Sözügedən məsələ ilə bağlı bir müddət əvvəl Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb, ağacların torpaq sahəsinin sahibi Nəsimi Hüseynov tərəfindən kəsildiyi müəyyən edilib.

“Aparılan araşdırma zamanı ərazidəki bioloji inkişafdan qalaraq qurumuş bir neçə ağacın isə Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyi əsasında Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən götürüldüyü məlum olub”.

Xidmət rəsmisinin sözlərinə görə, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.