"Yelo Bank"ın vətəndaş Abdıyev Əziz Ehtiram oğlu ilə aralarında yaranmış məhkəmə çəkişməsi davam edir.

İqtisadiyyat.az xəbər verir ki, banka qarşı qaldırılan iddia birinci instansiya məhkəməsində araşdırılıb. 

Amma məhkəmənin qərarından narazı qalan vətəndaş apellyasiya şikayəti verib.

İşin mahiyyəti mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır. Ə.Abdıyev bankdan maddi ziyanın ödənilməsini tələb edir.

İddia Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə keçirilən iclasda araşdırılacaq.