Bu il informasiya texnologiyaları (İT) üçün qlobal xərclərlər 8% artaraq 5,06 trilyon dollara çatacaq.

İqtisadiyyata.az xəbər verir ki, bu barədə Amerikanın "Gartner" tədqiqat şirkətinin analitikləri proqnozlarını açıqlayıblar.

Məlumata görə, 2023-cü ildə bu rəqəm təqribən 4,7 trilyon dollar olub.Tədqiqatçılar hesab edirlər ki, bu onilliyin sonuna qədər qlobal İT xərcləri 8 trilyon dolları keçəcək.

Bu artım iqtisadi qeyri-müəyyənlik dövründə mühüm əhəmiyyət kəsb edən təşkilati biznesin səmərəliliyini optimallaşdırmaq və təkmilləşdirmək üçün layihələrə investisiyalar hesabına baş verir.

Bundan əlavə, İT ilə əlaqəli cihazlara xərclərin qlobal miqyasda 3,6% artaraq 688 milyard dollara çatacağı gözlənilir.

 

Gözəl Həşimova