Biznes planlaşdırılması və büdcə nəzarəti şöbəsinin müdirinin v.i.e./ Biznes planlaşdırılması və büdcə nəzarəti / maliyyə təhlili şöbəsinin meneceri

Tələblər:

  • Bankda və ya digər maliyyə strukturlarında maliyyə analitiki/büdcə nəzarəti üzrə mütəxəssis vəzifəsində iş təcrübəsi;
  • Maliyyə hesabatlığının ətraflı təhlilinin aparılması (mühasibat hesabatlığının əsas hesabatlarının təyin edilməsi – balans; maliyyə nəticələri haqqında hesabat; pul vəsaitlərinin hərəkəti haqqında hesabat; büdcə nəzarəti);
  • Təşkilatın ehtiyatlarından istifadənin səmərəliliyinin təhlilinin aparılması və layihələrin rentabelliyinin qiymətləndirilməsi;
  • təhlillər əsasında proqnoz və tövsiyələr hazırlamağı bacarmaq, təhlilin nəticələrini yazıl formada savadlı şəkildə ifadə etmək;
  • Təcrübəli PK istifadəçisi (MS Office paketi, Power Point-də təqdimatlar hazırlamaq bacarığı, MS Excel üzrə qabaqcıl istifadəçi);
  • Analitik qabiliyyət, təfəkkürün sistemliliyi,  əla kommunikasiya qabiliyyəti.

Vəzifələr:

  • Növbəti maliyyə ili üçün Bankın büdcəsinin formalaşdırılması;
  • Bankın inzibati-idarəetmə xərclərinin və kapital qoyuluşlarına nəzarət və təhlili;
  • Bankın xərclərinin allokasiyası üzrə hesabatların tərtib edilməsi;
  • Bankın məsrəflərinin səmərəliliyinin təhlili;
  • Bankın maliyyə təhlili və effektivliyinin qiymətləndirilməsi;
  • Bank sektorunun makroiqtisadi təhlilinin aparılması;
  • Bankın balansının proqnoz strukturunun, mənfəət və zərərlər haqqında hesabatının əsas parametrlərinin işlənməsi;
  • Bankın maliyyə hesabatlığının təhlili, biznes göstəricilərinin icrasının proqnozlaşdırılması və aparılmış təhlillər əsasında tövsiyələrin verilməsi.

Şəxsi anket forması hr@vtb.az elektron poçt ünvanına göndərilməlidir (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).