Ümumi vəzifə öhdəlikləri:

• Hüquqi məsələlərin həlli ilə bağlı bankın struktur bölmələrinə məsləhətlər, təkliflər və tövsiyələr vermək;
• Bankın struktur bölmələrinin əməkdaşlarına hüquqi məsələlərlə bağlı təlimlər keçmək;
• Bankdaxili müqavilələri (kredit, təsərrüfat, xidmət və digər) hazırlamaq, onların reyestrini həyata keçirmək və müvafiq Bank proqramında yerləşdirilməsini təmin etmək və daim təkmilləşdirilməsini həyata keçirmək;
• Bankın tərəf olduğu müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək və viza vermək;
• Bankdaxili təlimat, qayda və prosedurların, əsasnamələrin ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
• Vəzifələrin icrası ilə bağlı banka daxil olan bütün hüquqi sorğuların cavablandırılmasını təmin etmək;
• Kredit sənədlərini təhlil etmək və ilkin rəy vermək.

Namizədə qarşı tələblər:

• Ali təhsil (aidiyyatı sahə üzrə);
• İş təcrübəsi: beynəlxalq maliyyə təşkilatları və ya hüquq sahəsində 2 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dili (əla); İngilis dili (əla);
• Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel);
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 fevral 2019-cu il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Aparıcı hüquqşünas” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.