İqtisadiyyat.Az xəbər verir ki, Bank “BTB” ASC Satışlar departamenti, Korporativ bankçılıq şöbəsinin rəhbəri vəzifəsinə işə qəbul elan edir.

İş barədə məlumat:

• Bankın korporativ müştərilərinin istək və ehtiyaclarını daim təqib edir və korporativ bankçılıq məhsullarının inkişafı üçün təkliflər verir;
• Korporativ məhsulların satışları üzrə satış planları hazırlayır, əməkdaşların satış planlarının icrasına nəzarət edir;
• Bankın korporativ məhsullarını bazarda tanıdılması və satışı üzrə tədbirlər görür;
• Bankın korporativ bank biznesi fəaliyyəti üçün əhəmiyyət kəsb edə biləcək biznes inkişafı istiqamətli layihələrinin aidiyyəti bölmələrlə birgə hazırlanmasında iştirak edir və tətbiq edir.

Namizədə tələblər:

ali iqtisadi və ya biznes sahəsi üzrə təhsil;
ən azı 3 il müştəri xidməti sahəsində bank təcrübəsi;
Azərbaycan, Rus və İngilis dilləri;
ünsiyyətqurma bacarığı;
satış bacarığı;
analitik bacarıq;
yaradıcılıq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@btb.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Korporativ bankçılıq şöbəsinin rəhbəri ) göstərməyiniz xahiş olunur.