Bakı Nəqliyyat Agentliyi "BakuBus" MMC-də sürücü vəzifəsinə işə qəbulu elan edir.

“D” və “DE” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 23-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan) sürücülər "BakuBus" MMC-yə müraciət edə bilərlər.

Tələblərə uyğun şəxslər cv@bakubus.az elektron poçt ünvanına CV göndərə bilərlər. Həmçinin, işə qəbul barədə (012) 404-11-10 nömrəli telefona zəng edərək ətraflı məlumat almaq olar.