Bakıda Əhmədlidəki hipermarketdə atışma nəticəsində ölən şəxsin adı məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Ölən şəxs Həsənov Rüfət Rahib oğludur. O başından güllələnib.

*** 13:19

Bakıda marketlərin birində silahlı atışma olub.

İqtisadiyyat.az xəbər verir ki, hücumun inkassatorun maşınına olduğu bildirilir.

Hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı dəqiqləşdirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.