2018-ci ildə Bakıda xam neft hasilatı 38 milyon 213,9 min ton (qaz kondensatı daxil olmaqla), əmtəəlik təbii qaz istehsalı isə 19 milyard 161,6 milyon kubmetr olub.

İqtisadiyyat.Az AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, ötən il mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 34,3 milyard manat olmaqla əvvəlki ilə nisbətən 0,1 faiz artıb.