İstismar müddəti bitən və qəzalı vəziyyətdə olan binalar, o cümlədən yataqxanalar söküləcək. 

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı artıq xüsusi dövlət proqramı hazırlanıb. Yaxın vaxtlarda prosesə start veriləcək. 

Qeyd edək ki, hazırda Bakıda istismar müddəti başa çatmış tikililərin sayı 3 mindən çoxdur. Söhbət 5 və 9 mərtəbəli yaşayış binalarından gedir. Belə tikililər həm şəhərin ümumi görünüşünü korlayır, həm də yaşayış üçün artıq əlverişli deyil. Maxsimum 5-6 il ərzində prosesin 80 faizinin başa çatması gözlənilir.