Azərbaycanda qiyməti 685 000 dollara (1 164 500 manat) olan avtomobil satışa çıxarılıb.

İqtisadiyyat.az xəbər verir ki, fantastik qiymətə təklif olunan avtomobil "Rolls-Royce Cullinan Black Badge"dir.

Heyrətamiz görünüşə malik olan bu avtomobilin istehsal ili 2019, 6,8 litrlik iki turbokompressorlu mühərrikinin gücü isə 571 a.g.-dən 600 a.g.-nə qədərdir.

Qiymətinə görə avtomobilə tələbat az olsa da, satışı da pis deyil. 

Qeyd edək ki, “Improtex” Şirkətlər Qrupuna daxil olan “Improtex Motors” şirkəti 2020-ci ilin yanvar ayında avtomobilin Azərbaycanda təqdimatnıı keçirib və həmin vaxtdan bəri satışına başlanılıb. “Improtex Motors” 1998-ci ildə yaradılıb.

Şirkət Azərbaycan avtomobil bazarında BMW, “Rolls-Royce Motor Cars”, “MINI”, və “YAMAHA” motosikllərinin rəsmi idxalçısıdır. 

Xatırladaq ki, sözügedən şirkətlər qrupu Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur. O, nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib. İradə Ələkbərova 2020-ci ildə 62 yaşında koronavirusdan dünyasını dəyişib.