"Adana Dəmirspor" mövsümün əvvəlində heyətinə qatdığı Luis Nani ilə yollarını rəsmən ayırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

"Adana Demirspor"un açıqlamasında "Peşəkar futbolçumuz Luis Nani ilə qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq. Naniyə klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq" deyə bildirilib.

Portuqaliyalı ulduz "Adana Dəmirspor"la 34 matçda 4 qol vurub, 3 məhsuldar ötürmə edib.