Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyatda və qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər çərçivəsində reydlər keçirilib.  

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xdimətindən verilən məlumata görə, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılmaqla, mövcud sanitar-epidemioloji tələblər izah olunub. 

Diqqətə çatdırılıb ki, hər bir hərəkət iştirakçısı tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün sanitar-epidemioloji  qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində inzibati tədbirlər görülüb. 

Nəzarət-profilaktiki tədbirlər davam etdirilir.report

bc6104eb-77f9-3329-8ed3-7f8c274a99f9_321.jpg

b77e7b05-70ad-3ea8-8515-1375a65b0c86_321.jpg

6966c4ab-e133-31b7-a079-721a7c5ed4ef_321.jpg

16e2a50c-9fe4-323c-94a6-0726c6bea214_321.jpg

12872796-7bca-3aa7-9267-bd2a51883083_321.jpg

2c86dbde-21a7-3cd7-af9b-2e1cc1783a83_321.jpg