AZƏRSUN HOLDİNQ

Maliyyə müdiri

İş haqqında məlumat:

• Mühasibatlıq və ya maliyyə ixtisası üzrə tam ali təhsil (magistr dərəcəsi olması arzuolunandır);
• Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi;
• Beynəlxalq mühasibatlıqda bilgiləri olmalı (ACCA sertifikatı olması əlavə üstünlükdür);
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
• MS Office, BTP, EVHF, SAP F1 hesabatlarını mükəmməl səviyyədə bilməli;
• ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli;

Namizədə aid tələblər:

• Vergi, statistika və DSMF hesabatların hazırlanması;
• Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
• Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
• Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər mövzu hissəsində vəzifənin adı “Maliyyə müdiri” qeyd edilməklə CV–lərini cv@azersun.com elektron ünvanına göndərə bilərlər