Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.

İqtisadiyyat.az Azərtaca istinadla xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,25 dollar geriləyərək 62,44 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,19 dollar ucuzlaşaraq 53,82 dollar təşkil edib.

Ucuzlaşmaya baxmayaraq Azərbaycan neftinin qiyməti isə bahalaşıb. Azərtacın verdiyi məlumata görə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,60 dollar bahalaşaraq 64,38 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.