Bakıda fantastik qiymətə avtomobil nömrəsi satışa qoyulub.

İqtisadiyyat.az bildirir ki, bu barədə saytların birində elan yerləşdirilib.

Elan sahibi qeyd edib ki, "10-ZZ-003" avtomobil nişanını 90 min manata satır.

Qeyd edək ki, avtomobillərdə dövlət qeydiyyat nişanında əks olunan rəqəmlərin və ya hərflərin kombinasiyası hər zaman diqqət mərkəzindədir. Hətta alqı-satqı zamanı rəqəmlərin düzülüşü, qoşa hərflər, eyni rəqəmlərin sıralanması qiyməti dəyişir.

Bir çox hallarda isə nəqliyyat vasitələrinin nömrələri maşının qiymətindən daha baha başa gəlir.