Bu ilin yanvar ayında Azərbaycanda neft məhsullarının istehsalının dəyəri 303,6 milyon manat təşkil edib. Bu da ötən ilin eyni ayı ilə müqayisədə 9,6 % azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Neft məhsullarının istehsalında neft bitumu istehsalı 22,8%, ağ neft 4,8% artıb, sürtkü yağlarının istehsalı 57,9%, neft koksunun istehsalı 13,3%, dizel yanacağının istehsalı isə 7,4% azalıb.

 

Gözəl Həşimova