Öncədən proqnozlaşdırıldığı kimi paytaxtla bölgələri birləşdirən bir sıra yollar buz bağlayıb. Bakı-Şamaxı yolu da bu qəbildəndir. Bölgələrə və ya paytaxt istiqamətində yol alan avtomobillərin hərəkəti çətinləşib. Görüntüləri sürücülər çəkərək sosial şəbəkələrdə paylaşıblar. Videoda həmçinin maşınlardan birinin yoldan çıxaraq aşmış vəziyyətdə olduğu görünür.