Azərbaycan Beynəlxalq Bankı Daxili nəzarət departamenti Əməliyyatlara daxili nəzarət şöbəsinə baş mütəxəssis, aparıcı mütəxəssis vəzifələri üzrə vakansiya elan edir.

 Vəzifə öhdəlikləri:

  • Bankın baş ofisində və struktur bölmələrində monitorinq və yoxlamaların aparılması, nəzarət sisteminin gücləndirilməsi ilə bağlı təkliflərin verilməsi;
  • Daxili nəzarət sistemlərinin effektivliyi və uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi;
  • Bankda nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlanması və tətbiqi;
  • Bank tərəfindən yaradılan yeni məhsul və xidmətlərdə “fraud” riskinin müəyyən edilməsi , nəzarət mexanizmlərinin hazırlanması və nəzarətin təşkil olunması;
  • Fraud halları üzrə müvafiq araşdırmaların aparılması;

Vakant vəzifə üzrə tələblər:

  • Ali təhsil (Hüquqi və ya iqtisadi);
  • Minimum 1 il bank sektorunda audit və ya nəzarət üzrə iş təcrübəsi;
  • Ofis proqramları üzrə biliklər;

Bu iş sizə nələri qazandıracaq:

  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
  • Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  19 Mart 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Əməliyyatlara daxili nəzarət şöbəsinə baş və ya aparıcı mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Əlavə məlumat üçün: www.ibar.az