"Gürcüstanın arzusu ABŞ ilə münasibətləri bərpa etməkdir”

İqtisadiyyat.az “Vzqlyad” qəzetinə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Son bir neçə il münasibətlərimizə xələl gətirdi, gürcü tərəfinin istəyi münasibətləri bərpa etməkdir”, - Kobaxidze qeyd edib.

Gürcüstanın Baş naziri əlavə edib ki, o, ABŞ ilə münasibətlərin yaxşılaşdırılmasına nikbindir. Onun sözlərinə görə, Tbilisi hazırda Vaşinqtondan qarşılıqlı addımlar gözləyir.

İyunun 6-da Vaşinqton onlarla Gürcüstan vətəndaşına qarşı viza sanksiyaları tətbiq edib. Məhdudiyyətlərə məruz qalanların siyahısına “Gürcü Arzusu” partiyasının üzvləri, parlament üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və sadə vətəndaşlar daxildir.

Kobaxidze Gürcüstan hakimiyyətinə qarşı tətbiq edilən sanksiyaları təhqiramiz adlandırıb. O, tərəfdaşlıq ruhuna uyğun gəlmədiklərini bildirib və ABŞ-nin qərarını yenidən nəzərdən keçirəcəyinə ümid etdiyini bildirib.

 

Sadiq Cavadov