Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən Bakı şəhərində fəaliyyət göstərən bır sıra məktəbəqədər təhsil müəssisələrinin məsul şəxsləri ilə görüş keçirilib.
AQT-dan verilən məlumata görə, videokonfrans formatında keçirilən iclasda məktəbəqədər təhsil müəssisələrində qidalanma rejiminin təşkili, ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti, qida təhlükəsizliyi tələblərinə əməl olunmasının zəruriliyi iştirakçıların diqqətinə çatdırılıb.
Görüşdə Agentliyin əməkdaşları tərəfindən təqdimatlar nümayiş etdirilib və məktəbəqədər təhsil müəssisələrinin işçilərinə qida təhlükəsizliyi ilə bağlı metodiki göstərişlər verilib.
Daha sonra tədbir iştirakçılarının sualları Agentlik mütəxəssisləri tərəfindən cavablandırılıb, görüş iştirakçılarının böyük marağına səbəb olan və işin təşkili üçün son dərəcə faydalı hesab edilən tədbirin bundan sonra mütəmadi qaydada həyata keçirilməsi qərara alınıb.