AFFA-nın yeni prezidenti müəyyənləşib.

İqtisadiyyat.az-ın məlumatına görə, milli assosiasiyanın növbəti Konfransında 35 səshüquqlu nümayəndə arasında səsvermə keçirilib.

Quruma yeni rəhbər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf seçilib.