1. AFB Bank İT İnfrastrukturuna Sistem və Şəbəkələrin idarə olunması üzrə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Aparıcı mütəxəssis

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri. 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

  •          Ali təhsil
  •          Server, şəbəkə avadanlıqlarının və proqram təminatlarının yüklənməsi və sazlanması;
  •          Ethernet, İP və şəbəkə cihazlarının iş prinsipləri üzrə nəzəri və praktik biliklər;
  •          Linux, Unix sistemlərinin iş prinsipləri üzrə dərin nəzəri və praktik biliklər;
  •          Active Directory, Exchange mail, File, Print  server üzrə dərin nəzəri və praktik biliklər;
  •          Sistem təhlükəsizliyi üzrə biliklər;
  •          Qərar vermə və Ünsiyyət qurma qabiliyyəti;
  •          Komandada işləmək bacarığı. 

İŞİN TƏSVİRİ:

  •          İT Sistemlərinin iş performansına nəzarət olunması və yaranmış problemlərin həll edilməsi;
  •          İT Təhlükəsizliyi ilə bağlı sistemlərə nəzarət olunması;
  •          Logların araşdırılması;
  •          Sistemlərin yenilənmələrini həyata keçirmək;
  •          Sistemlərin ehtiyatlarının (backup) alınması;
  •          Rəhbərlərə hesabatların təqdim olunması;
  •          Yeni texnologiyalar barədə təlimlərin keçirilməsi; 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Sistem və Şəbəkələrin idarə olunması üzrə aparıcı mütəxəssis qeydi edərək cv@afb.azelektron ünvanına göndərməyi xahiş edirik.

 

2. AFB Bank İT İnfrastrukturuna Texniki dəstək üzrə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Aparıcı mütəxəssis

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri. 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

  •          Ali təhsil;
  •          Noutbuk, masaüstü kompüterlər, periferik qurğuların və proqram təminatlarının quraşdırılması, yüklənməsini və problemlərin aşkar olunaraq aradan qaldırılmasını təmin etmək
  •          Ethernet, IP və şəbəkə cihazlarının iş prinsiplər barədə ilkin biliklər;
  •          Windows Server, Active Directory və Group Policy  barədə ilin biliklər;
  •          Windows 7,8,10 əməliyyat sistemlərinin yazılması və çıxan problemlərin həll olunması;
  •          Şəbəkə və server avadanlıqlarının fiziki quraşdırılması;
  •          Təşəbbüskar, diqqətli və məsuliyyətli olmaq, İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı. 

İŞİN TƏSVİRİ:

  •          İstifadəçilərin İT problemlərini həll etmək;
  •          Proqram təminatlarının quraşdırılması və sazlanması;
  •          Server və şəbəkə avadanlıqlarının fiziki quraşdırılması.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Texniki dəstəküzrə aparıcı mütəxəssis qeydi edərək cv@afb.azelektron ünvanına göndərməyinizi xahiş edirik.

 

3. AFB Bank Filiallar üzrə Kassir vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Kassir

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil (riyaziyyat, maliyyə və mühasibatlıq arzuolunandır);
• Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi;
• Riyazi hesablama aparmaq və analitik mühakimə etmək;
• Azərbaycan və Rus dillərində sərbəst danışıq;
• MS Office (Word, Excel) proqramları üzrə biliklər;
• Gərgin iş qrafikində nağd pulla intensiv işləmək bacarığı;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.  

İŞİN TƏSVİRİ:

• Mövcud qanunvericiliyə uyğun xəzinənin açılması və dəyərlilərin dövriyyə kassasına mədaxil edilməsi;
• Gün ərzində xəzinə üzrə mədaxil və məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı normativ aktlara, daxili qayda və prosedurlara riayət edilməsi;
• Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən, o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;
• Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil və məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması;
• Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin sayılıb balans məlumatları ilə uzlaşdırılaraq dövriyyə xəzinəsindən saxlanc(fond) xəzinəsinə yerləşdirilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kassir” qeydi edərək cv@afb.azelektron ünvanına göndərməyini xahiş edirik.